Avropa Azərbaycan Cəmiyyəti (AAC), Avropa Oyunlarının təşkilatçısı – Bakı 2015-in dəstəyi ilə, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına həsr olunmuş “Azərbaycan: idman fotoobyektivdə” adlı fotomüsabiqə elan edir.

 Müsabiqədə iştirak edərək fotonuzun dünyanın bir çox ölkəsində nümayiş etdirilməsi şansını əldə edə bilərsiniz.

Mükafatlar : Bakı, Berlin, Brüssel, Istanbul, London və ya Parisə səyahət, İpad və Avropa Oyunlarına giriş biletləri.

Müsabiqədə iştirak etmək istəyənlər fotolarını 24 noyabr 2014-cü il, Qrinviç vaxtı ilə 17.00-dək competitions@teas.eu (maksimum 10Mb ölçüsündə) elektron ünvanına göndərə bilərlər. 

Şəkillər Ed Kaşi, Filip Ratmer və Əqdəs Bağırzadə kimi məşhur fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən seçiləcək.

Şəkillərin mövzusu : Azərbaycan, idman, idmanın universallığı, bir sözlə Avropa Oyunları deyərkən ağlınıza nə gəlir?

Sizə uğurlar diləyərək şəkillərinizi gözləyirik !

Müsabiqənin şərtləri ilə saytımızdan tanış ola bilərsiniz

Objektifteki Azerbaycan 2012

 

Növbəti səhifələr