“Azərbaycan obyektivdə” Azərbaycanı tanıtdı

TEAS Photography Competition Exhibition dates La Galleria Pall Mall

“Azərbaycan obyektivdə” fotomüsabiqəsi Azərbaycan Avropa Cəmiyyətinin (TEAS) yeni təşəbbüsüdür.

Dünyanın dörd bir yanından həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulan müsabiqə həm fotoqrafların öz işlərini nümayiş etdirməsinə imkan yaradır, həm də Azərbaycan mədəniyyəti, təbiəti, tarixi və ictimai həyatının müxtəlif cəhətlərini nümayiş etdirir.

Müsabiqə başlayandan sonra bir neçə ay ərzində 150-dən çox fotoqrafdan 750 foto qəbul olunub. Təqdim olunan əsərlər çoxsaylı tədbirlərdə münsiflər heyətində iştirak etmiş fotoqraflar - “Condé Nast Traveller” jurnalının foto direktoru Karolin Metkalf və məşhur fotoqraf Henri Dallal tərəfindən qiymətləndirilib.

Müsabiqənin qalibləri isə sərginin 2012-ci il, noyabrın 20-də, London Pall Mallda yerləşən nüfuzlu “La Galleri” salonunda keçirilmiş açılış mərasimində elan olundu. Ümumi olaraq sərgidə 100 əsər nümayiş edilirdi. Tədbir haqqında daha ətraflı məlumat üçün bu press-relizi oxumağınız rica olunur.

“Azərbaycan obyektivdə” sərgisinin 2012-ci ilin sonu, 2013-cü ilin əvvəlində Avropa turu nəzərdə tutulur.

“Azərbaycan obyektiv”də fotosərgisinin açılışından şəkillər.

Pres-Reliz.

 


 

Müsabiqənin qalibi: Asim Talıb

Fotonun adı: “Ağsaqqallar”

“Azərbaycan obyektivdə” foto müsabiqəsinin 2012-ci ildəki qalibi Asim Talıbdır.

1948-ci ildə Bakıda anadan olan Asim Talıb 1974-cü ildən bəri peşəkar fotoqrafdır. O, 1977-ci ildə Bakı Slavyan Universitetini bitirib.

Asim Talıbın müsabiqədə birinci yeri tutan fotosu 1985-ci ildə Qarabağın Kəlbəcər şəhərində çəkilib.

Bu günə qədər Asim Talıbın üç fərdi sərgisi keçirilib. Peşəkar fotoqraf çoxsaylı beynəlxalq və yerli foto müsabiqələrində və sərgilərində iştirak edib. O, eyni zamanda Bakı İncəsənət Mərkəzinin, Azərbaycan Reklamçılar Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

İndiyə qədərki mükafatları bunlardır:

  • I yer: 2006-cı il, “Azərbaycan turizm aləmi” fotoqrafiya müsabiqəsi. Mövzu: Azərbaycan təbiəti, Xınalıq çayının fotosu.
  • Foto-master: 2005-ci il, ənənəvi müsabiqə, Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təşkil olunub.
  • Golden Argus: 1999-cu il, ənənəvi müsabiqə, Azərbaycan Fotoqraflar Birliyi tərəfindən təşkil olunub.
  • Müsabiqə mükafatçısı: “Biz yoxsulluğa son verə bilərik” mövzusunda müsabiqə, Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunub.
  • Grand Prix: “Təbiət portreti”, Azərbaycan Sosial-İqtisadi İctimai Tədqiqatlar Birliyi tərəfindən təşkil olunan müsabiqə.
  • İkinci yer tutan mükafatı: “Gülümsə”, Azərbaycan Ortodontik Cəmiyyəti tərəfindən təşkil olunan müsabiqə.

 


 

Müsabiqədə ikinci yerin sahibi: Etibar Cəfərov

Fotonun adı: “Bibiheybət məscidi”

 


 

Müsabiqədə üçüncü yerin sahibi: Fuad Babayev

Fotonun adı: “Alovlar və iynə”

 


 

Müsabiqə əsərlərinin seçilməsi.

-->

 


 

Münsiflər heyətinin üzvləri

Henri Dallal

Səyahət və macəra həvəskarı olan Henri Dallal 9 yaşından bəri atasının ona aldığı “Box Brownie” markalı fotoaparatla “silahlanıb”. Dağ və təbiət mənzərələri ilə yanaşı atların dünyası da onun xəyallarında fərqli şəkildə canlanır. Onun foto-kitablarının siyahısına “Çöl cəngavərləri”, “Oman kralının süvariləri” və “Brilyant yubiley karnavalı” adlı əsərlər daxildir. Henrinin “Atlı cəngavərlər: Hindistanın 61-ci süvari ordusu” kitabı ABŞ-da keçirilən Müstəqil Kitab Nəşriyyatçıları müsabiqəsinin mükafatlandırılması mərasimində 2009-cu ilin “Ən yaxşı qəhvə masası kitabı” seçilərək bürünc medala layiq görülüb.

Henri Dallal nəşri Bəhreyn kralı əlahəzrət Şeyx Həməd bin İsa əl-Xəlifə tərəfindən maliyyələşdirilən “Qətər, qum, dəniz və səma”, “Atlar, at nişançıları, dözümlülük” və əlahəzrət şahzadə II Albert tərəfindən sifariş edilən “Monakonun sehri” və “Parkdakı çiçəklər” kitabı da daxil olmaqla bir çox kitablara öz töhfəsini verib. Henri hal-hazırda Oman sultanı əlahəzrət Qabusun sifarişi ilə “Cənab merin tamaşası”, “Oman kralının süvariləri” və “Kanada Krallıq süvari polisləri” kitabları üzərində işləyir.

Henri Dallal ülyahəzrət kraliça II Elizabetin, əlahəzrət Krallıq şahzadəsi, əlahəzrət Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun (BƏƏ-də Dubayın hakimi, vitse-prezidenti və baş naziri) və İordaniya şahzadəsi əlahəzrət Haya Bint əl-Hüseynin fotoşəkillərini çəkmək şərəfinə də nail olub. Onun foto əsərləri Bleinhem sarayında, Kensinqton sarayında və Vindsor qəsrində nümayiş etdirilib.

Henri Dallal “Azərbaycan obyektivdə” müsabiqəsinə təqdim olunmuş əsərləri qiymətləndirəndən sonra onlarla bağlı öz fikrini bildirib: “Müsabiqə üçün təqdim olunan əsərləri görmək mənə həzz verdi. Bütün şəkillər məndə yenidən Azərbaycana gedib bu ölkənin və onun xalqının gözəlliyini göstərmək üçün daha çox şəkil çəkmək həvəsi oyatdı”.

İranda dünyaya gələn Henri Dallal 1994-cü ildə ABŞ-ın Kolorado ştatından köçəndən sonra Londona yerləşərək bu şəhəri öz evi bildi. O, Kral Coğrafiya Cəmiyyətinin və “Alp” klubunun üzvüdür (www.henrydallalphotography.com).

Karolin Metkalf

Karolin Metkalf 1997-ci ildə “Condé Nast Traveller” jurnalı təsis ediləndən bəri həmin jurnalda işləyir. O, bundan əvvəl rəngli qəzet əlavələrində işləyib və demək olar ki, heç bir təcrübəsi olmadan səyahət fotoqrafiyası dünyasına daxil olub. “Condé Nast Traveller” jurnalı nəşrə başlamasından keçən 15 il ərzində həyat tərzi, qida və içki, portretçilik, iç dünyası və heyrətamiz təbiət mənzərələrini əhatə və əks edən səciyyəvi fotoları ilə böyük rəğbət və saysız mükafatlar qazanıb. Karolin Metkalf dünyaca məşhur fotoqraflarla işləyib və karyerasının böyük hissəsini yeni gənc istedadların tapılıb üzə çıxarılmasına və dəstəklənməsinə həsr edib. O, dünyanın bir çox nüfuzlu fotomüsabiqələrində münsiflər heyətinin üzvü kimi iştirak edib.

Karolin Metkalf deyir: “Mən “Azərbaycan obyektivdə” fotoqrafiya müsabiqəsinə münsiflər heyətinin üzvü kimi dəvət aldığıma görə çox xoşbəxtəm. Belə ki, Azərbaycan haqqında az məlumata malik olduğumu qəbul etməliyəm. Buna görə də mən müsabiqəyə təqdim olunan əsərlərə baxıb heyrətlənmək, yeni təəssüratlar və ilham almaq ümidi ilə getdim. Müsabiqədə əhəmiyyətli fotolarda üzə çıxan istedad zənginliyi ilə qarşılaşdım. Eyni zamanda orada optimizm, yumor, ümid dolu bir xalqa malik olan, öz zəngin mədəniyyəti və coğrafi müxtəlifliyi ilə adamı riqqətə gətirən heyrətamiz bir ölkə ilə tanış oldum. Mən bütövlükdə fotoqrafiya ilə, xüsusən də Azərbaycanla maraqlanan hər kəsi bu sərgini ziyarət etməyə və ilhamverici mənzərələrin fotoşəkillərindən həzz almağa dəvət edirəm”.

Növbəti səhifələr