Bakı bələdçisi

Avropa Azərbaycan Cəmiyyəti Bakıya səfər edən turist və səyyahları şəhər bələdçisi sayılan soraq kitabçası ilə təmin etmək üçün “Hedonist” nəşriyyatında çapdan çıxan “Hedonistin Bakı bələdçisi” kitabının müəllifləri ilə əməkdaşlıq edir. Bu bələdçi-soraq kitabına Bakının çoxsaylı otelləri, restoranları, ticarət və istirahət mərkəzləri, asudə vaxtı səmərəli keçirməyə imkan verən rəngarəng mədəniyyət ocaqları haqqında ətraflı məlumatlar daxildir.

TEAS Hg2 Baku Guide

Hg2 Logo

 

 

 

 

 

 

“Hedonistin Bakı bələdçisi” kitabı haqqında

“Hedonistin Bakı bələdçisi” kitabında Azərbaycan paytaxtının bahalı otelləri və ən yaxşı restoranları, eləcə də barlar, klublar, mağazalar, görməli yerlər və SPA mərkəzləri barədə dolğun məlumatlar var. Əksər insanlardan Bakının harada olduğunu soruşsanız, onların çoxunun bu barədə məlumatının olmadığını görərsiniz - Bakı nə Avropadadır, nə də Asiyada, o, özünü bəlli etməyən bir şəhərdir.

Bakı bir zamanlar sərbəst şəkildə axıb gedən nefti və azad surətdə dövr edən sərvətləri ilə planetin ən zəngin şəhəri idi. Lakin 70 illik sovet işğalı burada elə “təmizlik işləri” apardı ki, bu səhra şəhərinin bütün izlərini dünya ictimaiyyətinin yaddaşından və şüurundan sildi. Müstəqilliyindən 20 il keçməsinə baxmayaraq Bakı öz neft gəlirləri hesabına yenidən biznes həyatına qayıdıb. Bu şəhər indi sovet dövründən qalma yeknəsəq beton tikililəri əvəz edən göydələnləri ilə bərq vurur. Bu çiçəklənmə prosesi bir qədər də vüsət almadan tezliklə ora getməyinizi tövsiyə edirik.

www.hg2.com

Növbəti səhifələr