RESULTS

2015-ci il, iyunun 12-28-də keçiriləcək I Avropa Oyunları, dünya idman səhnəsində Bakı və ümumiyyətlə bütün Azərbaycan üçün mühüm hadisə olacaq.  

Bakı-2015 I Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar olacaq. Onlardan 16-sı olimpiya idman növüdür. Bu idman növlərinin 12-si Rio-2016 Yay Olimpiya Oyunları üçün lisenziya (təsnifat) xarakteri daşıyacaq. Bu oyunlar zamanı Bakıya təxminən 50 ölkədən 6 mindən çox atletin gələcəyi gözlənilir.

Biz bu əlamətdar hadisə ilə bağlı səhifəmizdəki xəbərləri, linkləri və press-relizləri yeniləyəcəyik.

Zəhmət olmasa, rəsmi Bakı-2015 veb-saytını buradan ziyarət edin.

Oyunlara dəstək olmaq və Azərbaycanda və dünyada idmanın əhəmiyyətini vurğulamaq üçün Avropa Azərbaycan Cəmiyyəti (AAC) “Azərbaycan - idman fotoobyektivdə” adlı fotomüsabiqə təşkil edib.

London South Bank ünvanında gallery@OXO-da açılışı keçirilən müsabiqə hal-hazırda Avropada səfərdədir.

Zəhmət olmasa, müsabiqə barədə press-relizi oxumaq üçün linki burdana, açılış barədə bilmək üçünsə linki buradan ziyarət edin. 

Azerbaijan - Sport In Focus - TEAS Photography competition - highlights from TEAS TV on Vimeo.

Növbəti səhifələr