Biznes

TEAS Avropa və Azərbaycan biznes qurumlarını dəstəkləyir, şirkətlərin mövcud biznes əlaqələrini genişləndirmək üçün platforma yaradır və şəbəkə imkanları proqramını təmin etməklə regionda yeni əlaqələrin inkişafını stimullaşdırır.

TEAS Biznes Qrupu il ərzində mühazirələr, dəyirmi masa müzakirələri, ticarət missiyaları, forumlar və konfranslar, o cümlədən illik TEAS Biznes Forumu daxil olmaqla bir sıra tədbirlər keçirir və bunların hamısı yalnız peşəkar məlumat mübadiləsi deyil, eləcə də mədəni mübadiləni ehtiva edir.

The audience participate in a question and answer session at the TEAS Business Forum 2012

TEAS 2012 Biznes Forumunda Sual-Cavab sessiyası

Üzvlərimizə təklif etdiklərimiz:

  • Azərbaycan və Avropada biznes fəaliyyətinizin qurulması ilə bağlı ekspert məsləhəti və konsultasiya
  • Fərdi tələblərinizə müvafiq bazar təhlilləri
  • Hər iki bazarda qərar qəbul edən şəxslərlə əlaqə yaratmaq imkanı
  • Yüksək səviyyəli biznes təqdimatlar
  • Azərbaycan iş adamları ilə ilkin görüşlər zamanı sizi müşayət edən ekspertlərin təmin edilməsi
  • İl ərzində keçirilən konfranslar, forumlar və digər AAC tədbirlərində sərbəst iştirak imkanı.

TEAS-nin biznesinizə verə biləcəyi yardim, sponsorluq imkanları və tədbirləri barədə əlavə məlumat almaq ücün aşağıdakı email ünvanına yazın:

Buznes: business@teas.eu

Növbəti səhifələr