Caspian Khazri Məktəbi

Caspian Khazri Məktəbi

TEAS tərəfindən maliyyələşdirilən və sponsorluq edilən Caspian Khazri Məktəbi şəbəkəsi Böyük Britaniyada yaşayan azərbaycanlı uşaqlar üçün xüsusi təhsilin təmin edilməsi məqsədilə yaradılmışdır. Məktəb azərbaycan dili, tarixi, ədəbiyyatı, coğrafiyası, mədəni ənənələri və milli rəqslərini ehtiva edən geniş tədris planı təklif edir.

İlk Caspian Khazri məktəbi Caspian Khazri Cəmiyyəti tərəfindən 2006-cı ildə Şimali Londonda yaradılmış və Avropada ilk Azərbaycan məktəbi olmuşdur. Geniş tələbat səbəbindən 2012-ci ildə Qərbi Londonda ikinci məktəb açıldı.

Uşaqlar üçün:

3-14 yaşı uşaqlar üçün tədris sistemi.

Keçilən fənnlər:

  • Azərbaycan dili
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan tarixi
  • Azərbaycanın milli rəqsləri
  • Teatr sənəti
  • İncəsənət
  • Kreativ yazı və hekayə danışma.

Böyüklər üçün:

  • Xaricilər üçün azərbaycan dili
  • Azərbaycan tarixi
  • Azərbaycan ədəbiyyatı.

Caspian Khazri Məktəbinin ünvanları:

Caspian Khazri Məktəbi (Şimali London):

St. Thomas More Catholic School
Glendale Avenue
Wood Green
London
N22 5HN

(Şənbə günləri: 10.30–13.30)

Caspian Khazri Məktəbi (Qərbi London):

Studland Hall
Studland Street
Hammersmith
London
W6 0JS

(Bazar günləri: 11.00am–14.00pm)

Əlaqə məlumatı:

Telefon: +44 (0)203 368 64 08

Pulsuz zənglər: +44 (0)800 044 59 16

Mobil: +44 (0)798 495 40 55

Info@caspian-khazri.co.uk

www.caspian-khazri.az

 


 

Caspian Khazri:

Caspian Khazri Mətkəb şəbəkəsi Caspian Khazri Cəmiyyəti tərəfindən yaradılmışdır. Böyük Britaniyada yerləşən təşkilat Azərbaycan diasporasını dəstəkləyir və Azərbaycanı Böyük Britaniya və Avropada tanıdır. 2006-cı ildə yaradılmış Caspian Khazri bir sıra mədəni layihələrə, o cümlədən Caspian Khazri Məktəb şəbəkəsi, Sara Xatun Qadın Cəmiyyəti, Azərbaycanın Milli Mətbəxi Sərgisi və Buta Rəqs Ansamblına rəhbərlik edir.

Təşkilat eyni zamanda Karbon Emissiyasının İdarə edilməsi, Tədrislə bağlı Məsləhətlər, Layihə və Fəaliyyətin İdarə edilməsi və İstedadların İdarə edilməsi kimi sahələrdə məsləhətlər verir.

Caspian Khazri gəlirinin 30%-ni xeyriyyəçilik məqsədlərinə sərf edir.

www.caspian-khazri.az

Növbəti səhifələr