Mədəniyyət

Mədəniyyət şöbəsi (komandası) Azərbaycanın zəngin və rəngarəng mədəniyyət nümunələrini dünya ictimiayyətinə tanıdır və təbliğ edir.

Şərq və Qərbin kəsişməsində, tarixi əhəmiyyətli məşhur İpək yolunun üzərində yerləşən Azərbaycan unikal və zəngin mədəni irsə malikdir. Bir çox nümunələri UNESCO tərəfindən tanınan Azərbaycan mədəniyyəti ölkənin qədim tarixini və incəsənət mirasını bütün yönləri ilə özündə əks etdirir.

Missiyasının bir hissəsi olaraq, TEAS mütəmadi təşkil edilən konsertlər, sərgilər, kitab nəşrləri və təqdimatların daxil edildiyi çoxistiqamətli mədəniyyət layihəsini həyata keçirir.  TEAS-nin mədəni tədbirləri Birləşmiş Krallıq, Belçika, AlmaniyaFransadakı ofislər tərəfindən təşkil olunan təqdimatlar da daxil olmaqla bütün Avropa ölkələrində keçirilir. Biz TEAS Jurnalının aylıq buraxılışlarında, TEAS TV Kanalında Azərbaycan rəssamları və musiqiçiləri ilə müsahibələr və proqramlar yayımlayırıq.

TEAS-nin məqsədi dünya ictimaiyyətini incəsənət, memarlıq, ədəbiyyat, teatr, kino, rəqs və musiqi sahələri də daxil olmaqla, Azərbaycanın bütün növ mədəniyyət sahələri barədə məlumatlandırmaqdır. Bizim mədəniyyət tədbirləri təqvimimiz Azərbaycanın əsas bayramlarının qeyd edilməsini, Azərbaycan mədəniyyətinin Avropada tanıdılması.o cümlədən, Avropanın incəsənət nümayəndələrinin Azərbaycana səfərinin təşkil olunması və onların müxtəlif mədəniyyət layihələrində iştirakına imkan yaradılmasını ehtiva edir. Ən yaddaqalan mədəniyyət tədbirlərindən biri 2000 nəfərin iştirakı ilə Londonda keçirilmiş Azərbaycan Mədəniyyəti Həftəsonu olmuşdur. Tədbirdə Azərbaycan və Britaniya musiqiçiləri, Azərbaycan rəqs ansamblı xüsusi proqramla çıxış etmişdir.

TEAS Cultural Weekend 2009 – Orchestra playing at Cadogan Hall, London

TEAS Mədəniyyət Həftəsi, Cadogan Hall, London

Sosial Yardım Proqramı çərçivısində TEAS bütün Azərbaycan mədəniyyəti vurğunlarını bu zəngin və özünəməxsus irsi beynəlxalq səviyyədə tanıtmaq üçün ideyalar irəli sürməyə çağırır. TEAS səmimi qəlbdən inanır ki, mədəniyyət yalnız ölkənin tanınması və onun insanlarının başa düşülməsinin əsas vasitəsi deyil, eyni zamanda xalqlar arasında qarşılıqlı ünsiyyətin yaradılmasının əsasıdır.

Azərbaycan – Odlar Yurdu barədə ətraflı məlumat alın

Ətraflı məlumat almaq üçün aşağıdakı ünvanla əlaqə saxlayın:

Mədəniyyət: culture@teas.eu

Növbəti səhifələr