Mədəniyyət

Təhsil və elm

Təhsil və tədris Azərbaycan mədəniyyəti və tarixinin ayrılmaz hissəsidir. 19-cu əsrdən başlayaraq ölkə ərazisində Avropa üsulu təhsil institutları yaranmağa başlamışdır. 1919-cu ildə şərqin ilk institutlarından biri olan Bakı Dövlət Universitetinin əsası qoyulmuşdur. Sovet dövründə milli təhsil siyasəti Sovet təhsil sistemi ilə əvəz edildi.

1991-ci ildə Azərbaycanın müstəqilliyinin elan edilməsi ilə Təhsil İslahat Proqramı qəbul edildi. 1999-cu ildə həyata keçirilərək hökumət səviyyəsində inkişaf etdirilən tədris metodologiyası dünya standartlarına uyğunlaşırdı. Hazırki sistem məktəbəqədər təşkilatlar, müfəssəl məktəblər, peşə məktəbləri, kolleclər və universitetləri əhatə edir.

Yeni tədris qanunvericiliyi 2009-cu ildə qəbul edilmiş və yenilənmiş tədris sisteminin hüquqi əsaslarını yaratmışdır.Dövlət məktəblərindən əlavə fərdi tədris təşkilatları şəbəkəsi də yaradılmışdır. Azərbaycanın ali tədris institutları Boloniya Prosesində aktiv şəkildə iştirak edir. Dünya ölkələrindən minlərlə tələbə ölkənin ali tədris institutlarında təhsil alır. Azərbaycan tədris sistemi eyni zamanda ən yaxşı oxuyan tələbələrə dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı yaradır.

Azerbaijan National Academy of Sciences building detail

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bakı, Azərbaycan

Azərbaycanın elmi kəşfləri uzun tarixə malikdir. Hazırda elmi tədqiqatlar 1945-ci ildə əsası qoyulan Azərbaycan Dövlət Elmlər Akademiyası (ADEA) və müxtəlif universitetlər tərəfindən aparılır.Bu universitetlərə riyaziyyat, fizika, neft kimya, geologiya, biologiya və digər fənnləri ehtiva edən elmi məktəblər aiddir. Azərbaycan Dövlət Neft Akademiyası neft istehsalı sənayesində elmi tədqiqat və yenilikləri ilə məşhurlaşmışdır. Bundan əlavə humanitar və sosial elmlər sahəsində aparılan tədqiqatlar Azərbaycan ədəbiyyatı, tarixi, fəlsəfəsi və digər humanitar elmlərinin dərk edilməsi və qiymətləndirilməsini təmin etmişdir.

Ədəbiyyat

Azərbaycan mədəniyyətində ədəbiyyat folklor nümunələri ilə yanaşı xüsusi yer tutur.Kitabi Dədə Qorqud adlı azərbaycan eposu 1300 ildən çox yaşı olan mühüm  ədəbi parçadır. Orta əsrlərdə Azərbaycan şairi Nizami məşhur Xəmsəsini yazmışdır. Əbədi cəvahirat elan edilmiş Leyli və Məcnun əsərinin yaradıcısı, görkəmli şair Fizuli isə milli və regional hüdudlar çərçivəsində tanınmışdır. Azərbaycan ədəbiyyatının digər dahi nümayəndəsi 19-cu əsrdə teatrın dram formasını təkmilləşdirən Mirzə Fətəli Axundovdur.

Sovet hakimiyyəti dövründə Azərbaycan ədəbiyyatının Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşviq kimi dahiləri Sovet rejiminin törətdiyi repressiyanın qurbanları olmuşlar. Səməd Vurğun, Süleyman Rüstəm, İlyas Əfəndiyev və Məmməd Səid Ordubadinin adı xüsusi qeyd edilməlidir. Azərbaycan şairi Şəhriyar Azərbaycan və İran ədəbiyyatının mühüm adlarındandır. Azərbaycanın mühacir yazıçısı Qurban Səidin “Əli və Nino” romanı bütün dünyada məşhurdur. Müasir ədəbiyyatın məşhur nümayəndələrindən Bəxtiyar Vahabzadə, Anar və digərlərini göstərmək olar. Çingiz Abdullayev detektiv və qısa hekayələri ilə beynəlxalq səviyyədə tanınmış yazıçıdır.

Musiqi

Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Hissolunmaz Mirası kimi qəbul edilmişdir.

Alim Qasımovun Bağlşla Məni mahnısına dinlə:

Bu mürəkkəb incəsənət forması xüsusi yerli formalardan istifadə edərək klassik poeziya və musiqi improvizasiyası ilə ehtiraslı şəkildə ifa edilir. Bakıda Beynəlxalq Muğam Mərkəzi fəaliyyət göstərir və mütəmadi olaraq burada Beynəlxalq Muğam Festivalları təşkil edilir.

Muğamın müasir təcəssümü pianoçu və bəstəkar Vaqif Mustafazadənin inkişaf etdirdiyi “caz-muğamdır”. Dünyanın aparıcı musiqiçiləri Bakı Beynəlxalq Caz Festivalında çıxış edir.

Vagif Mustafazadənin Düşüncə kompozisiyasına dinlə:

Digər yerli musiqi növü saz və ənənəvi simli alətlərlə müşayət edilərək səyyar el şairləri tərəfindən ifa edilən aşıq musiqisidir.

Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun Leyli və Məcnun (1908) operası Şərqin ilk operası olmuşdur. İlk Qərb baleti və simfonik orkestri də eynilə Azərbaycanda meydana çıxmışdır. Klassik musiqi hər il keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında tərənnüm edilərək dünyanın bir çox yerlərindən tamaşıçılar cəlb edir. Dördüncü Festivalın daimi orkestri 2010-cu ildə olduğu kimi Londonun Kral Filarmoniya Orkestri, dirijorlar isə Fərhad Bədəlbəyli, Dmitri Yablonski və Rauf Abdullayev olacaqdır.

İncəsənət və memarlıq

Görkəmli Azərbaycan rəssamları sırasına müasir peyzaj rəsmlərinin yaradıcısı Səttar Bəhlulzadəni (1909-74) aid etmək olar. O, pastel rənglər və geniş yaxmalardan  istifadə edərək öz vətənini sürrealistik tərzdə təqdim etmişdir. Onun əsərlərindən ibarət sərgilər demək olar ki, bütün dünya ölkələrində keçirilmişdi.

Yaratdığı fəhlə və Qara Qarayev kimi tanınmış şəxslərin portretləri ilə məşhur olan Tahir Salahov (1928) “sərt üslubun” əsas təmsilçisi idi. Digər tərəfdən Toğrul Nərimanbəyov Azərbaycan xalqının həyatını zəngin, canlı rənglərlə təsvir edirdi.

İncəsənət muzeylər və qalereyalar vasitəsilə bütün ölkə boyu sərgilənir. Bakıda ədəbiyyat, təsviri incəsənət, xalçaçılıq, dekorativ sənət və müasir incəsənətə həsr edilmiş institutlar fəaliyyət göstərir.

Azərbaycan memarlıq sənəti bir sıra üslub və dövrlərin təsirini birləşdirir. Müxtəlif üslublar və memarlıq məktəblərini tərənnüm edən yüzlərlə tarixi və müasir strukturlar mövcuddur. Qafqaz Albaniya dövrünün mirası olan sivil binaları və xristian məbədləri ilə xüsusilə mühüm mövqe tutur. Bunlardan biri Şəkinin Kiş kəndində yerləşən “Alban kilsələrinin anası” adlandırılan məbəddir. Bu Qafqazda ən qədim xristian kilsəsidir və bu yaxınlarda Azərbaycan hökuməti tərəfindən arxitektur bərpa proqramı çərçivəsində bərpa edilərək yenilənmişdir.

İslam dini 7-ci əsrdə ölkə ərazisində yayılmağa başlamışdır. Azərbaycan memarlıq sənətinin keyfiyyəti 10-12-ci əsrlər ərzində yeni zirvəyə çatmışdır. Əcəmi Əbubəkr oğlu tərəfindən Naxçıvan şəhərində tikilmiş Möminə Xatun türbəsi (1186) Azərbaycan və dünya arxitekturasının incilərindən biridir.

Bakının mərkəzindəki İçəri Şəhər Azərbaycan memarlıq sənətinin qiymətli nümunələrindəndir. İçəri Şəhərdə Şirvanşahlar sarayı və Qız Qalası kimi 50 tarixi və arxitektur abidə yerləşir. Bu abidələr UNESCO-nun Mədəni Miras Siyahısına daxil edilmişdir.

The Maiden Tower, Baku, Azerbaijan

Qız Qalası, Bakı, Azərbaycan

19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakıda neft sənayesinin sürətlə inkişaf etməsi mülki və sənaye arxitekturasının inkişafına təkan vermişdir. Müstəqilliyin yenidən bərpa edilməsinin ardınca Sovet rəsmi arxitekturası yeni, müasir yanaşma ilə əvəz edildi.

Kino

Artıq Lümyer qardaşlarının ilk səssiz filmini nümayiş etdirdikdən 3 il sonra 1898-ci ildə Azərbaycan kinosu yaranmışdır. Bu vaxtdan etibarən kinomatoqrafiya incəsənət forması kimi qəbul edilməyə başladı. Azərbaycan rejissoru, ssenarist və kinomatoqrafçı Rüstəm İbrahimbəyov “Günəşlə Yandırılanlar” (1994) filminə görə Oskar mükafatına, Ayaz Salayev isə Yarasa (1995) filminə görə Fransanın Anjer şəhərində keçirilən Beynəlxalq Kino Festivalında Qran Priyə layiq görülmüşdür. Digər azərbaycanlı rejissor Vaqif Mustafayev Avropa Kino və Televiziya Akademiyasının üzvüdür.

Cuisine

Azərbaycan mətbəxi Qafqazın ən dadlı mətbəxlərindən biridir. Zəngin kənd təsərrüfatı və Xəzər dənizi ölkəni geniş çeşiddə ət, balıq, meyvə və tərəvəzlə təmin edir. Xəzər dənizinin  kürüsü beynəlxalq səviyyədə tələbatda olan delikatesdir. Azərbaycan mətbəxi 30-dan çox şorba və yeməklərin şahı plovu ilə məşhurdur. Geniş çeşiddə quzu, toyuq və balıq kababları xüsusi hallarda hazırlanır. Qurudulmuş meyvə və cevizlərdən bol istifadə edilir. Azərbaycan mətbəxi mövsümi tərəvəzlərin və otların istifadəsi ilə seçilir.

Azerbaijani Baklava

Azərbaycan Paxlavası

Növbəti səhifələr