Diaspora

TEAS-ın məqsədi Avropadakı azərbaycanlı mühacirləri üçün şəbəkə yaratmaqdır. Cəmiyyət mədəni və şəbəkəşəkilli tədbirlər təşkil edir və diasporanı dünya ictimaiyyətinin Azərbaycan barədə məlumatlandırılması prosesinə cəlb edir.

Azərbaycanın 9.2 milyon əhalisi olmasına baxmayaraq, bəzi hesablamalara görə bütün dünya üzrə 50 milyon azərbaycanlı yaşamaqdadır. Dünyanın bir çox ölkələrində  Azərbaycan diasporaları fəaliyyət göstərir. Məsələn: Türkiyə, Rusiya, Ukrayna, İran, İraq, Gürcüstan, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Belarus, ABŞ, Kanada, Argentina, Braziliya, Meksika, Honduras, Gvatemala, Peru, Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya, İndoneziya, Yəmən, Çin, Oman, Səudiyyə Ərəbistanı, Suriya, Misir, Əlcəzair, Sudan, Konqo Demokratik Respublikası, Avstraliya, Latviya, Estoniya, Litva, Polşa, Almaniya, Birləşmiş Krallıq, Norveç, Danimarka, İsveç, Macarıstan, Fransa, İtaliya, İspaniya, Avstriya, Albaniya, Finlandiya, Portuqaliya, Hollandiya, Belçika, İsveçrə, Slovakiya və Çex Respublikası.

Azərbaycanı tanıtmaq üçün 30-dan çox ölkədə təqribən 150 ictimai, milli və mədəni cəmiyyət və təşkilatlar mövcuddur. 31 dekabr tarixində rəsmi olaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilir. TEAS bütün mühacir azərbaycanlıları bu geniş icmanın üzvü olmağa dəvət edir.

TEAS xaricdə yaşayan azərbaycanlıları dünya ictimaiyyətini Azərbaycanın zəngin mədəniyyəti, iqtisadi potensialı və Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaqla ölkənin beynəlxalq səviyyədə tanıdılmasında iştirak etməyə çağırır.

Find us on Facebook

Xahiş edirik, nəzərə alın ki, TEAS Facebook səhifəsi yalnız ingilis dilində yenilənir.

Ətraflı məlumat almaq üçün, zəhmət olmasa, əlaqə saxlayın:

Diaspora: diaspora@teas.eu
Tel: +44 (0)207 808 1911

Növbəti səhifələr