Xarici Nəşriyyat

Xarici təşkilatlar tərəfindən nəşr edilmiş Azərbaycanla əlaqədar kitablar və sənədlər.


 

Leyli və Məcnun / Koroğlu

Müəllif: Üzeyir Hacıbəyov

Fransanın Azərbaycandakı səfirliyi və Centre National du Livre Mərkəzinin dəstəyi ilə (2003) azərbaycan dilindən fransız dilinə tərcümə edilmiş və Şirin Məlikov tərəfindən ön sözü yazılmışdır.

Leyli və Məcnun Koroğlu əsərləri Azərbaycan ədəbiyyatı və musiqisinin şah əsərləri olub, Türk-Şərq mədəniyyətinin epic ənənələri kimi iki əsas mövzudan ilhamlanaraq yazılmışdır. 1908-ci ildə yazılmış Leyli və Məcnun əsərinin mövzusu iki gənc arasında yaşanmış faciəli məhəbbət hekayəsidir. Bu əsər “şərq üslubunda yazılmış operadır”. Əsər klassik poemadan götürülmüş dramatik səhnələr və muğam musiqi sənətinin nümunələrinin birləşməsidir.

1937-ci ildə nəşr edilmiş Koroğlu Cüzeppe Verdinin üslubunda yazılmış qərbi operadır.  Əsər 16-cı əsrdə baş vermiş epik əfsanələrdən, Türk dilli xalqlar arasında, eləcə də Qafqaz və Mərkəzi Asiyada yaxşı tanınan və adını əsərə vermiş Koroğlu obrazından ilhamlanaraq yazılmışdır. Koroğlu şərq dünyasının Robin Hudu hesab edilir. O, qüvvətli feodallara qarşı üsyan edir və öz millətini onların əzazil hökmranlığından azad edir. Opera aşıq musiqisi və poemanın sintezindən qurulmuşdur.

Üzeyir Hacıbəyov  (1885–1948) musiqiçi ailəsində dünyaya göz açmış və muğam ifaçılarının səsi ilə böyümüşdür. Azərbaycanın dövlət himninin müəllifi Azərbaycan musiqi məktəbinin yaradıcısı olan Hacıbəyov Azərbaycan müsiqi dünyasının əsas banisidir. Leyli və Məcnun əsəri Şahin Sinariya tərəfindən 2003-cü ildə  Cité Internationale Universitaire de Paris universitetində oxunmuşdur.

ISBN 2-915037-04-3 / 112 səhifə / 10€

Mənbə: Maison d'Europe et d'Orient (qeyd: fransızdilli saytddır).

 


 

Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur

Müəllif: Mirzə Fətəli Axundov

Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə (2008-ci il) Luis Bazin tərəfindən fransız dilinə tərcümə edilmiş əsərin ön sözü Kazım Şəhriyari tərəfindən yazılmışdır.

Şahbaz Bəy doğulub boya başa çatdığı Qarabağdan kənara çıxa bilməyəcəyi qorxusu ilə yaşayan gənc ziyalıdır. O, Müsyö Jordanla birgə Parisə getmək və fransız dili və mədəniyyətinə yiyələnmək arzusu ilə yaşayır. Lakin onun gələcək həyat yoldaşının ailəsi onun Fransaya getməsinin qarşısını almaq üçün Dərviş Məstəli Şaha müraciət edir. Məstəli Şah onlara Şahbaz Bəyi Fransaya getmək fikrindən daşındıracağını vəd edir. Bundan az sonra Müsyö Jordan Parisdən bir məktub alır və məktubda şəhərdə çaxnaşmaların baş verdiyi söylənir… Bu komediyada Mirzə Fətəli Axundov şərq cəmiyyətinin ənənələrinin mükəmməl təsvirini verir. Əsərdə dini arxaizmlər və o dövdrdə cəmiyyətdə yayılmış rüşvətxorluq tənqid edilir.

Mirzə Fətəli Axundov 1812-ci ildə anadan olmuşdur. 1834-cü ildə o, Tiflisdə Rus İmperiyasının orqanları üçün şərq dilləri üzrə tərcüməçi kimi çalışmağa başlamışdır. Fəlsəfi, poetik məqalə və pamfletlərin ardınca o, özünə “Şərqin Molyeri” adını qazandırmış müxtəlif komediyalar yazmağa başlamışdır

ISBN 978-2-915037-48-7 / 96 səhifə / 11€

Mənbə: Maison d'Europe et d'Orient (qeyd: fransızdilli saytddır).

Növbəti səhifələr