Bədii və Sənədli filmlər

Mugham in Montana documentary titles from DVD

Azərbaycan muğamı Montanada Rej.: Thomas Goltz. Prod. Tale Heydərov

TEAS TV-dən əlavə TEAS çox sayda mükafatlara layiq görülmüş Mistik Muğam Musiqisi Montanaya Gəlir adlı sənədli film çəkmişdir. Film Qədim Şərq qrupunun Xəzinələr Ştatına mədəniyyətlərarası musiqili səfəri, qərbdə Billinqs şəhərindəki  Rocky Mountain Kolleci, cənub-mərkəzi Montana şəhəri Bozemanın Mondana Dövlət Universiteti departamenti, Yelloustoun Riverdə Livinqston kitabxanası və şərqdə Missula şəhərində Montana Universitetindəki çıxışları barədədir. Burada final konserti/”cem-seyşon” zamanı qrupa adlı-sanlı Azərbaycan muğamının ustası Jeffery Werbock qatılmışdır. Səfər zamanı qrup minlərlə yerli insanı mistik, qeyri-ritmik, ahəngli musiqisi ilə seçilən Azərbaycan muğamı ilə tanış etdi.

 


 

Azərbaycan muğamı Montanada

TEAS-in Montanaya Mistik Muğam Musiqisi Gəlir adlı dörd ənənəvi Azərbaycan musiqiçisinin ABŞ-ın Montana ştatına konsert səfəri barədə 15 dəqiqəlik sənədli film çox sayda mükafata layiq görülmüşdür. 2009-cu ilin avqust ayında film La Hoiyada (Kaliforniya) Akkolada Kino Festifalında qısametrajlı film/sənədli kino kateqoriyasında Merit Mükafatı almışdır.

Accolade-nin Sədri cənab Thomas Bakerin Montana Dövlət Universitetinin Professoru Thomas Goltza müraciətindən sitat: "Biz şadıq ki, size yüksək keyfiyyətli film və Akkolada festivalında iştirakınız üçün sizi təbrik edirik. Akkolada asanlıqla əldə edilən mükafat deyil".

Montanaya Mistik Muğam Musiqisi Gəlir filmi Qədim Şərq qrupunun Xəzinələr Ştatına mədəniyyətlərarası musiqili səfəri, qərbdə Billinqs şəhərindəki  Rocky Mountain Kolleci, cənub-mərkəzi Montana şəhəri Bozemanın Mondana Dövlət Universiteti departamenti, Yelloustoun Riverdə Livinqston kitabxanası və şərqdə Missula şəhərində Montana Universitetindəki çıxışları barədədir. Burada final konserti/”cem-seyşon” zamanı qrupa adlı-sanlı Azərbaycan muğamının ustası Jeffery Werbock qatılmışdır. Səfər zamanı qrup minlərlə yerli insanı mistik, qeyri-ritmik, ahəngli musiqisi ilə seçilən Azərbaycan muğamı ilə tanış etdi.

Montanaya Mistik Muğam Musiqisi Gəlir Randy Jacobs və İan Clarkın təşəbbüsü ilə hazırlanmış Montana Sprout Qrupundan Katy Magruder tərəfindən redaktə edilmişdir. Xüsusi assistentlər Dağlıq Qarabağ qaçqını, hazırda Billinqdə yaşayan Vahid Ələkbərov və Emil Süleymanov olmuşlar. Sonra isə Azərbaycanın Los Anceles və 13 qərbi ABŞ ştatları, o cümlədən Montanadakı Azərbaycan Konsulluqları (hazırda ABŞ-ın Azərbaycan Səfirliyi) iştirak etmişlər.

"Bu böyük komanda cəhdi idi və mən bu işə cəlb olunan hər bir şəxsə dərin minnətdarlığımı bildirmək istərdim ", deyə Azərbaycan və keçmiş Sovet Qafqazı, xüsusilə Gürcüstan və Çeçenistan üzrə yazıçı Goltz çıxış edir. O əlavə edərək: "Azərbaycanın müharibə və siyasi zəifliyinəksi kimi incəsənət və mədəniyyətinin izah edilməsi sevindirici haldır"- deyir.

Akkolada artıq beşinci ildir ki, kino, televiziya və videoqrafiya üzrə peşəkarların işini dünya ictimaiyyətinə tanıdır. Münsiflər heyəti kino və televiziya sənayesinin yüksək keyfiyyətli peşəkarlarıdır.

Film ardıcıl olaraq iki mükafata layiq görülmüşdür. 2009-cu ilin dekabr ayında Kaliforniyanın (ABŞ) Yosemite Beynəlxalq Kino Festivalında El Capitan mükafatı almışdır. Film eyni zamanda Nyu-Orleanda (ABŞ) Big Easy Kino Festivalında sərgilənmişdir. 2010-cu ilin yanvar ayında film Mountain 2010 Kino Festivalında Sierra Nevada Mükafatı Qalibi seçilmişdir. Bu festivalın ən yüksək səviyyəli mükafatı “Dağlar – Ətraf Mühit” kateqoriyasında qalib olmuşdur.

Akkolada ilə bağlı ətraflı məlumat üçün www.theaccolade.net internet saytına dacil olun.

Yosemite Beynəlxalq Kino Festivalı ilə bağlı ətraflı məlumat üçün www.yosemitefilmfestival.com saytına daxil olun.

Big Easy Kino Festivalı ilə bağlı ətraflə məlumat almaq üçün www.bigeasyfilmfestivals.com internet saytına daxil olun.

Mountain Kino Festivalı ilə bağlı ətraflə məlumat almaq üçün www.mammothfilm.com internet saytına daxil olun.

Filmi iki hissədə izləmək üçün, aşağıdakı linklərə baxın:

Bu video ingilis dilindədir.

Sirli Muğam Montanaya Gəlir : 1-ci Hissə
Sirli Muğam Montanaya Gəlir : 2-ci Hissə

Növbəti səhifələr