Tarix

Azərbaycan dünyanın ən erkən Neolit dövrünə aid məskunlaşma yerlərindən biri olmuş və əntiq sivilizasiyanın mərkəzi kimi tanınmışdır. Qobustan kimi yerlər o dövrün qalıqlarıdır. Bu qayaüstü rəsimləri (petroqliflər) olan unikal ərazi və bir sıra arxeoloji kəşflərin yerləşdiyi yerdir. O, UNESCO-nun Dünya Mirasları Siyahısına daxil edilmişdir.

Rock paintings in Gobustan, Azerbaijan, UNESCO World Heritage Site

Qobustanın qayaüstü təsvirləri, Azərbaycan (UNESCO Dünya Mirası Sahəsi)

Erkən Azərbaycan dövləti e.ə. 3-cü minillikdə yaranmış və e.ə. 9-6-cı minilliklərdən Urmiya gölü ətrafında yerləşən Manna adı ilə tanınan əntiq dövrün qabaqcıl dövlətlərindən biri kimi inkişaf etmişdir. Makedoniyalı İsgəndərin ölümündən və onun imperiyasının parçalanmasından sonra şimalda Qafqaz Albaniyası, cənubda isə Atropatena dövləti yarandı.

Albaniya əlifbası və yazı sistemi və geniş ticarət əlaqələri ilə tanınan ilk xristian dövlətlərindən biri idi. 7-ci əsrdə Azərbaycanda islam dini yayılmağa və ənənəvi mədəniyyət islam cəmiyyətinin yeniliklərindən faydalanmağa başladı. 9-11-ci əsrlərdən başlayaraq Azərbaycan ərazisində sonradan Səlcuq imperiyasının bir hissəsi olan yeni müstəqillik əldə etmiş dövlətlər formalaşdı. 12-13-cü əsrlərdən başlayaraq Azərbaycan ərazisində Atabəylər və Şirvanşahlar kimi bir çox güclü dövlətlər inkişaf etdi.

9-12-ci əsrlər Azərbaycanın intibah dövrü idi. Bu zamanlar şair Nizami Gəncəvi (1141-1209) məşhur Xəmsəsini (beş poema) yazır. Bundan əlavə görkəmli memar Əcəmi Əbubəkr oğlu Möminə Xatun türbəsi (1186) və digər abidələri ucaldaraq Naxçıvan şəhərində memarlıq məktəbinin təməlini qoyur. 13-14-cü əsrlərdə Azərbaycan Monqol imperiyasının mühüm mövqeyini ələ keçirir.

15-ci əsrdə Şirvanşahlar dövləti ərazisində Qaraqoyunlu və Ağqoyunlu dövlətləri yaranır. 1501-ci ildə görkəmli dövlət xadimi və mütəfəkkir Şah İsmayıl ümumi Səfəvilər dövlətinin (1501-1736) əsasını qoyur və azərbaycan dili rəsmi dil elan olunur. Səfəvilər dövlətinin süqutundan sonra Nadir şah Əfşar imperiyası meydana çıxır. Bu imperiyanın dağılmasından sonra Azərbaycan iki müstəqil xanlığa parçalanır. Bir müddət sonra Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan Rusiya İmperiyası və İran arasında bölüşdürülür.

Çar Rusiyasının şimali Azərbaycan üzərindəki hökmranlığından bir əsrdən çox müddət keçdikdən sonra Şərqin ilk demokratik respublikası olan Azərbaycan Demokratik Respublikası (1918 -20) qurulur.

Beynəlxalq icma tərəfindən de fakto kimi qəbul edilməsinə baxmayaraq Sovet Rusiyası ölkəni işğal edərək Azərbaycan Sovet Sosialist Respublikasını yaradır. Azərbaycan SSR 1922-ci ildən 18 oktyabr 1991-ci il tarixində müstəqil dövlət elan edilənədək SSRİ-nin tərkibinə daxil olur.

Növbəti səhifələr