Xocalı heç vaxt unudulmayacaq

Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ...ermənilər dinc əhaliyə qarşı əl qaldırmağı bacarmayan xalqdır. Biz bu stereotipi sındıra bildik.

S.Sərkisyana

Barbed Wire

Qırğının səbəbləri

Ermənistan sovet hakimiyyəti dövründə Moskvanın köməyi ilə, strateji məqsədlərlə, mərhələlərlə və sistematik olaraq öz ərazisini Azərbaycanın içərilərinə doğru genişləndirərək on minlərlə azərbaycanlını tarixi-coğrafi torpaqlarından deportasiya etmişdir. Sovet dövlət rəhbərliyi 1920-ci ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasından sonra tarixi Azərbaycan torpaqları olan Zəngəzuru Ermənistana verdi. 1923-cü ildə isə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. 1948-53-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistandan deportasiya edildi. Bu deportasiya zamanı minlərlə azərbaycanlı öldü.

1980-ci illərin sonlarından SSRİ rəhbərliyinin yaxından dəstəyi ilə Ermənistan və Dağlıq Qarabağın separatçı qüvvələri Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qoparılması üçün ərazi iddialarına başladılar. Ermənistan bu məqsədə nail olmaq üçün bir daha etnik təmizləmə siyasətinə əl atdı. Ermənistanda yaşayan bir milyona yaxın azərbaycanlı zorakı vasitələrlə tarixi-coğrafi Azərbaycan torpaqlarəndan deportasiya edildi, minlərlə insan məhv olundu, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində erməni terrorçu-separatçı qüvvələri fəallaşdı.

Beləliklə, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi başladı. Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş nizami silahlı dəstələrin və Dağlıq Qarabağda ermənilər tərəfindən təşkil edilmiş qeyri-qanuni hərbi birləşmələrin fəaliyyəti nəticəsində həmin bölgənin azərbaycanlılar yaşayan məskənlərinin işğalı və əhalisinin məhv edilməsi geniş miqyas aldı.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə yaranan Ermənistan Respublikası bölgədəki keçmiş sovet hərbi kontingentinin yardımı ilə Azərbaycana qarşı faktiki olaraq müharibə başladı. Ermənistanın siyasi rəhbərliyinin strateji planına uyğun olaraq Xocalının ələ keçirilməsi Azərbaycana qarşı hərbi-siyasi təzyiq vasitəsi olmalı və azərbaycanlı əhali arasında vahimə yaradılması yolu ilə işğal prosesinin sürətləndirilməsinə xidmət etməli idi.

Xocalı qırğını

Azərbaycanın Dağlıq Qarabağ bölgəcinin Xocalı şəhəri Xankəndindən (keçmiş Stepanakert) 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Xocalı Azərbaycanın qədim mərkəzlərindən biri idi. Dağlıq Qarabağda yeganə aeroportun burada yerləşməsi onun strateji əhəmiyyətini daha da artırırdı. Ermənistanın ərazi iddialarından əvvəl Xocalının əhalisi 23757 nəfər idi. Ətrafdakı azərbaycanlı yaşayış məskənlərinin işğalı və Ermənistan silahlı qüvvələrinin Xocalının ətrafında yaratdığı mühasirənin getdikcə daralması ilə əlaqədar olaraq şəhərin və onun əhalisinin vəziyyəti sürətlə ağırlaşırdı. 1992-ci ilin fevralında vəziyyət daha da kəskinləşdi. Ermənistan tərəfindən blokadanın başa çatdırılması nəticəsində Xocalının ölkənin digər şəhər və kəndləri ilə quru yolla əlaqəsi tamam kəsildi. Yalnız hava yolu ilə, vertolyotlar vasitəsilə əlaqə saxlamaq mümkün idi. Lakin vertolyotların da Ermənistan silahlı qüvvələri və bu əməliyyatlarda onlarla birlikdə iştirak edən keçmiş SSRİ hərbi birliyi tərəfindən qəsdən vurulması nəticəsində Xocalı ilə hava əlaqəsi də kəsildi. Beləliklə, məqsədyönlü şəkildə həyata keçirilən blokada ilə Xocalının bütün əhalisi, o cümlədən uşaqlar, qadınlar və yaşlı insanlar işğalçı qüvvələrlə üz-üzə qaldı.

Fevralın 25-i axşam Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağın separatçıları və keçmiş SSRİ silahlı qüvvələrinin həmin bölgədə dislokasiya olunmuş 366-cı motoatıcı alayının birləşmiş qüvvələrinin blokadası nəticəsində taqətdən salınmış Xocalı üzərinə hücum başladı. Dinc əhalinin şəhəri tərk etməsi üçün dəhliz vədi də yalan çıxdı. Şəhərin əhalisinin kütləvi şəkildə məhv edilməsi planı həyata keçirilməyə başlandı.

Bu qırğın zamanı Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ separatçıları və 366-cı motoatıcı alayın birləşmiş qüvvələri tərəfindən Xocalıda müasir dövrün ən qanlı qırğını törədildi. Qırğının nəticələri belə idi: qətlə yetirilmişdir – 613 adam, onlardan uşaqlar – 63, qadınlar – 106, qocalar – 70 nəfər idi, 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq valideynlərindən birini itirmişdir; yaralanmışdır – 487 nəfər, onlardan 76 nəfəri uşaq idi; girov götürülmüşdür – 1275 nəfər; itkin düşmüşdür – 150 nəfər.

Qırğın prosesində ən qəddar üsullara əl atılmışdır. 56 nəfər “amansızlıq və qəddarlıq” kimi səciyyələnən metodlardan istifadə olunaraq öldürülmüşdü. Dinc sakinlərə yaxın məsafədən atəş açılmış, başlarının dərisi soyulmuş və onlar diri-diri yandırılmışdı. Bəzilərinin gözlərini çıxarmış, bəzilərinin isə başını bədənindən ayırmışdılar. Bir hamilə qadını isə hətta qarnını süngü ilə deşərək öldürmüşdülər. Şəhəri tərk etməyə nail olan sakinlərin çoxu qabaqcadan xüsusi olaraq qurulmuş pusqularda qətlə yetirilmiş və qışın soyuğunda yollarda həlak olmuşdu.

Xocalı şəhərinin işğalından, sakinlərin qətlə yetirilməsindən, əsir götürülməsindən və ya şəhəri tərk etməsindən sonra Ermənistan hərbi qüvvələri törətdikləri bu qırğının miqyasını ört-basdır etmək məqsədilə ərazini dərhal nəzarətə aldılar. Xocalıda həyata keçirilən insan qırğını ilə birgə ermənilər tərəfindən misli görünməmiş qarət də həyata keçirildi. Bu qarət nəticəsində dövlət və vətəndaşların şəxsi əmlakına 56 milyard manat (o zamanki qiymətlərlə) dəyərində ziyan vurulmuşdu.

Öldürülmüş insanların meyitlərini götürmək üçün Azərbaycan tərəfindən elə qətliamın səhərisi günü göndərilən vertolyotlar davamlı olaraq atəşə məruz qalırdı. Ölülərin çoxu yük maşınlarında bir-birinin üstünə qalaqlanmış vəziyyətdə daşınırdı.

Ermənistan silahlı qüvvələrinin və erməni separatçılarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri faciə soyqırım aktı idi. Bu beynəlxalq hüquqa dair aşağıdakı sənədlərlə təsdiq olunur:

  • Nürnberq Hərbi Tribunalının Nizamnaməsi;
  • BMT Baş Assambleyasının 1948-cı il 9 dekabr tarixli “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiyası;
  • BMT Baş Assambleyasının 1948-cı il dekabrın 10-da qəbul etdiyi “İnsan hüquqları haqqında” ümumi deklarasiyası (maddə 2, 3, 5, 9, 17);
  • BMT Baş Assambleyasının 1974-cü il dekabrın 14-də qəbul etdiyi “Hərbi münaqişələr və fövqəladə hallar zamanı qadın və uşaqların müdafiəsi haqında” deklarasiyası;
  • BMT Baş Assambleyasının 2 200 A (XXI) saylı 1966-cı il dekabrın 16-da qəbul edilən və 1976-cı il martın 23-də qüvvəyə minən Mülki və Siyasi hüquqlar haqqında Paktı (Maddə 6-9);
  • “İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası (maddə 2-5, 8);
  • Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsinin 4-cü maddəsi;
  • Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsinin 1-ci maddəsi;
  • Beynəlxalq Cinayət məhkəməsinin statusunun 6-cı maddəsi.

Xocalı qətliamı bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Ermənistanın nağılı

Bu qırğın haqqında xəbərlər yayılmağa başlayanda Ermənistan buna özünümüdafiə xarakterli reaksiya verdi. Ermənistan hökuməti Xocalıda baş vermiş faciəvi hadisələrə dair qeyri-dəqiq izah və şərhlər uydurmağa başladı. Onun bəyanatlarının birində iddia edilirdi ki, bu qırğın guya adi hərbi əməliyyatın nəticələrindən başqa bir şey deyil. Erməni tərəfi heç bir məntiqə uyğun olmayaraq dinc sakinlərin qətlə yetirilməsinin günahını öz ərazilərini müdafiə edən azərbaycanlıların elə özlərini üzərinə yıxmağa çalışırdı.

Başqa bir erməni iddiası isə belə idi ki, tanınmaz hala salınmış azərbaycanlıların mətbuatda yayılan görüntüləri əslində guya saxtadır. Ermənistanın məsuliyyətdən yaxa qurtarmaq üçün uydurduğu bu və ya digər yalanlar isə nəinki Azərbaycanın, eləcə də dünyanın nüfuzlu mətbuat orqanlarında çap olunan materiallar tərəfindən tam təkzib edilir.

Mətbuatın reaksiyası

“Time” jurnalındakı məqalədə Ermənistanın iddiasına belə cavab verilmişdi: “Hücum edən və heç bir günahsız insanın qəsdən öldürülmədiyini iddia edən ermənilərin verdiyi bəsit izahat çətin ki, inandırıcı olsun”.

“İnsan haqlarına nəzarət” adlı təşkilat Ermənistanın izahatını təsəvvürə gəlməz dərəcədə qeyri-inandırıcı hesab etdi və Moskvada yaradılmış insan haqları qrupu - “Memorial” bəyan etdi ki, “Xocalıda dinc sakinlərin kütləvi şəkildə öldürülməsinə heç bir halda haqq qazandırıla bilməz. Erməni döyüşçülərinin yol verdiyi hərəkətlər bir neçə əsas beynəlxalq insan haqları konvensiyasının kobud şəkildə pozulmasıdır”.

Digər aparıcı mətbuat orqanları da bu hadisədən eyni dərəcədə dəhşətə gələrək qətliamı belə təsvir edirdi. “The Sunday Times” (1 mart, 1992-ci il) “Erməni əsgərləri canını götürüb qaçan yüzlərlə ailəni qətlə yetirir” adlı məqaləsində yazırdı: “Ağdam xəstəxanası qətliam və terror səhnəsi idi. Həkimlər dedi ki, onlar qırğından canını qurtarmış 140 xəstəni müalicə edir, həmin xəstələrin əksəriyyəti ya güllə, ya da dərin bıçaq yarası alanlardır”.

“The Sunday Times” (1 mart, 1992-ci il) “Erməni əsgərləri canını götürüb qaçan yüzlərlə ailəni qətlə yetirir” adlı məqaləsində yazırdı:

Erməni əsgərləri canını götürüb qaçan yüzlərlə ailəni qətlə yetirir” adlı məqaləsində yazırdı: “Ağdam xəstəxanası qətliam və terror səhnəsi idi. Həkimlər dedi ki, onlar qırğından canını qurtarmış 140 xəstəni müalicə edir, həmin xəstələrin əksəriyyəti ya güllə, ya da dərin bıçaq yarası alanlardır

“The Times” (2 mart, 1992-ci il), “Qarabağda meyitlər təpələrə səpələnib” adlı yazıda deyilirdi:

Qaçqınlar qaçdıqları zaman gülləboran edilib.

“The Washington Times” (2 mart, 1992-ci il), “Ermənilərin qəfil hücumu azərbaycanlıların ölümü və ya qaçıb canını qurtarması ilə nəticələndi” adlı məqalədə deyilirdi:

Azərbaycan televiziyası Xocalı ərazisindən daşınan cəsədlərlə dolu yük maşınlarını göstərdi.

The New York Times” (3 mart, 1992-ci il), ermənilərin törətdiyi qırğın haqqında məlumatda deyilirdi:

Regiona vertolyotla qısa səfər edən Azərbaycan rəsmiləri və jurnalistlər beyninin arxa hissəsi dağıdılmış üç uşağın meyiti ilə geri döndü.

“The Times” (3 mart, 1992-ci il), “Qətliamın üstü açıldı” adlı məqalədə deyilirdi:

Arasında qadınların və uşaqların da olduğu 60-dan artıq meyit Dağlıq Qarabağın yamaclarına səpələnib; yüzlərlə insan itkin düşüb.

“Newsweek” (16 mart, 1992-ci il), “Qətliamın üzü” adlı yazıdan:

Çoxları qaçmağa çalışarkən yaxın məsafədən öldürülüb; bəzilərinin sifəti tanınmaz hala salınıb, digərlərinin başının dərisi soyulub.

Beynəlxalq ictimaiyyətin münasibəti

Beynəlxalq xəbər başlıqlarında ifadə olunan bu təlaşa baxmayaraq bu qətliamın dərhal ardınca Qərb mətbuatı öz diqqətini həmin dövrün digər əsas münaqişə zonaları olan Balkanlara və Ruandaya yönəltdi. Nəticədə dünya əhalisinin böyük əksəriyyəti nə Xocalı haqqında, nə də davam etməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə heç nə bilmir.

Qərb siyasətçiləri və dünya liderləri bu dəhşətli hadisəni pisləməkdə ləng tərpəndi. Bu qətliamın ilhamvericisi, keçmiş müdafiə naziri Serj Sərkisyan Ermənistanın prezident seçildiyi üçün dünya gözləmə mövqeyi tutdu. Tomas de Vallın “Qara bağ” (“Black Garden”) kitabında bu adama (S.Sərkisyana) istinad edilib və onun belə bir sitatı verilib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ...ermənilər dinc əhaliyə qarşı əl qaldırmağı bacarmayan xalqdır. Biz bu stereotipi sındıra bildik”.

Avropa Azərbaycan Cəmiyyətinin missiyası

Avropa Azərbaycan Cəmiyyəti beynəlxalq ictimaiyyətin bu faciəni tanıması üçün yollar axtarır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayonu hələ də Ermənistanın işğalı altındadır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 min nəfərdən çox azərbaycanlı öldürülüb, minlərlə adam yaralanıb və ya şikəst olub. Yüzlərlə yaşayış məntəqəsi talan olunub və yandırılıb. Bütövlükdə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin İctimai İnformasiya Departamentinin məlumatına görə, Azərbaycan dünyada ən çox qaçqın əhalisi olan ölkədir.

Avropa Azərbaycan Cəmiyyəti aşağıdakı istiqamətlərdə iş aparılmasını vacib hesab edir:

  • Avropa hökumətlərinin və Avropa Birliyinin Xocalı faciəsinin Ermənistan tərəfindən törədilmiş qətliam olduğunu tanıması.
  • Avropa Birliyinə üzv olan dövlətlərin və Avropa Parlamentinin Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətraf 7 rayondakı cari vəziyyətin qeyri-sabit olması faktını tanıması;
  • Avropa Birliyinə üzv olan dövlətlərin və Avropa Parlamentinin bu münaqişənin məsuliyyətinin Ermənistanın üzərinə düşməsini və Ermənistanın öz  işğalçı qüvvələrini geri çəkməyəcəyi təqdirdə ona qarşı iqtisadi və diplomatik sanksiyaların tətbiqinə hazır olmasını etiraf etməsi;
  • Münaqişənin qurbanı olan 1 milyondan çox  azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıda bilməsi üçün razılığın əldə edilməsi;
  • Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən tamamilə geri çəkilməsi və təcavüzkarlığa son qoyulması;
  • Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü daxilində həll edilməsi.

Barbed Wire

Faciə qurbanlarını yad etmək məqsədilə Britaniya Parlamentinin İcmalar palatasında Xocalı faciəsinə həsr edilmiş sənəd - EDM müzakirəyə çıxarılıb.

Növbəti səhifələr