Üzvlük

AAC həm fiziki, həm də hüquqi şəxlərə müxtəlif üzvlük paketləri təklif edir.

Müxtəlif üzvlük paketləri ilə bağlı əlavə məlumat üçün, zəhmət olmasa, əlaqə saxlayın:

Üzvlük: membership@teas.eu

Tel: +44 (0)207 808 1902

TEAS Membership


Club Üzvlüyü:
ADİ £1000 +ƏDV (50 işçidən çox)
KİÇİK £500 +ƏDV (maksimum 50 işçi)


  • Abunə – beynəlxalq ictimaiyyət üçün ayda bir dəfə nəşr edilən TEAS jurnalının çap versiyasını almaq üçün
  • Brend – şirkətin loqosunun jurnal və saytda istifadə edilməsi
  • Tədbirlər – xüsusi tədbirlərə dəvət və iştirak imkanı
  • Məlumat Mübadilə Şəbəkəsi – digər AAC üzvləri ilə ünsiyyət qurmaq imkanı.

Fərdi Üzvlük: £150 +ƏDV
(regionda qeyri-ticari maraqlar, yəni işdən azad olunmuş biznes-ortaqları, akademiklər)


  • Tədbirlər – xüsusi tədbirlərə dəvətlər.

Gold Üzvlük: £3000 +ƏDV


  • Abunə – beynəlxalq ictimaiyyət üçün ayda bir dəfə nəşr edilən TEAS jurnalının çap versiyasını almaq üçün
  • Məlumat Mübadiləsi Şəbəkəsi- yüksək səviyyəli məlumat mübadiləsi və marketinq platformaları
  • Brend – reklam, loqo və korporativ profillərin jurnallarda istifadə edilməsi
  • Tədbirlər – korporativ/hökumət rəhbərlərlə yüksək səviyyəli görüşlər, biznes-brifinq, peşəkar forum və sosial tədbirlər
  • Xüsusi biznes xidmətləri – biznes təqdimatlar və biznes məlumatı.

Platinum Üzvlük: £8,000 +ƏDV (sifarişli xidmət)


Faydalar:

  • Abunə – beynəlxalq ictimaiyyət üçün ayda bir dəfə nəşr edilən TEAS jurnalının çap versiyasını almaq üçün
  • Məlumat Mübadiləsi Şəbəkəsi- yüksək səviyyəli məlumat mübadiləsi və marketinq platformaları
  • Brend – reklam, loqo və korporativ profillərin jurnallarda istifadə edilməsi
  • Tədbirlər – korporativ/hökumət rəhbərlərlə yüksək səviyyəli görüşlər, biznes-brifinq, peşəkar forum və sosial tədbirlər
  • Xüsusi biznes xidmətləri – biznes təqdimatlar və biznes məlumatı.

Unikal platinum sifarişli xidmətlərə aşağıdakılar daxildir:

  • Ticarət missiyalar və fərdi səfərlər
  • Bakıdakı mühacir qruplarının tədbirlərinə dəvətlər
  • Azərbaycanın yüksək səviyyəli dövlət məmurları və fərdi sektor nümayəndələri ilə görüşlər
  • AŞ/Azərbaycanın maraqlarını dəstəkləyən beynəlxalq dəstək
  • İctimai imkanlar
  • Bazar tədqiqatlarında yardım və Bakıdakı agentlərə təqdim edilmə
  • AAC-nin Bakı ofisinin dəstəyi ilə hər növ tərcümə xidmətləri
  • Hava limanında VİP xidmətlər
  • Bakı şəhərində beş ulduzlu otellərdə cəlbedici endirimlər.

Viza dəstəyi – AAC yalnız istisna hallarda viza müraciətlərində yardım edir. Viza müraciətləri 10 gün müddətində baxılır. Zəhmət olmasa, müraciət etməzdən öncə onlayn məlumatla tanış olun.


Tələbə Üzvlüyü: £0


(Müraciət edənlər tələbə statusunu sübut etməlidirlər)

  • Tədbirlər – xüsusi tədbirlərə dəvətlər.

Üzvlük illik qaydadadır (şərt və müddəalar əlavə edilir).

 

AAC-yəüzvlüyünşərtləri və qaydaları

a)    Avropa Azərbaycan Cəmiyyəti Fondunun baş qərargahı Birləşmiş Krallıq, 15 Queen Anne's Gate, London, SW1H 9BU ünvanında qeydiyyata alınıb. AAC-nin Avropa paytaxtlarında və Bakıda 6 müstəqil ofisi var ki, bu da üzv şirkətlər üçün ilkin əlaqəni təmin edir.

b)   AAC şəbəkəsinə üzvlük şirkət tərəfindən alınmış faydalanma bağlaması ilə həyata keçirilir (məs.: Platinium, Qızıl, Klub).

c)     AAC-yə üzvlük özündə iqtisadi münasibətlərin inkişafında maraqlı olan Avropa və Azərbaycan şirkətlərinin qlobal şəbəkəsini ehtiva edir.

d)    Namizəd şirkətlər hüquqi şəxs olmalı, qeydiyyatı olmalı və işgüzar dairələrdə özünəməxsus yerə sahib olmalıdır.

e)    Ərizə doldurularkən üzvlər bütün məlumatların dəqiqliyinə və vaxtında tamamlandığına əmin olmalıdır. Avropa Azərbaycan Cəmiyyəti yalan məlumat və ya boş buraxılmış yer gördükdə ödənişi geri qaytarmamaq şərti ilə üzvlüyü ləğv etmək hüququna malikdir.

f)      Avropa Azərbaycan Cəmiyyətinin istənilən üzvlük ərizəsini bu və ya hər hansı digər səbəbdən qəbul etməmək hüququ var. Ərizəçi bu barədə yazılı şəkildə məlumatlandırılacaq və hər hansı üzvlük ödənişi Avropa Azərbaycan Cəmiyyəti tərəfindən müvafiq qərar qəbul ediləndən sonrakı 28 gün ərzində geri qaytarılacaq.

g)    Üzvlük müvafiq ərizə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən qəbul ediləndən və tam üzvlük haqqı ödəniləndən sonra qüvvəyə minir.

h)    Üzvlük illikdir və üzvlük şərtləri dəyişdikdə üzvlük ödənişi geri tələb edilə bilməz.

i)      Üzvlüyün yenilənməsi üzvlük vaxtının bitməsinə bir ay qalmış hər iki tərəfdən dəqiq şəkildə razılaşdırılmalıdır.

j)      Avropa Azərbaycan Cəmiyyətinin illik üzvlük ödənişində dəyişiklik etmək haqqı var və üzvlər istənilən dəyişiklikdən öncə bu haqda məlumatlandırılacaqlar.

k)     Ərizəçi tərəfindən qeyd edilmiş üzvlüklə bağlı bütün məlumatlar AAC mühafizə serverinin məlumat bazasında toplanır və Məlumat Mühafizə Aktına uyğun olaraq qorunur. 

Növbəti səhifələr