Müasir Azərbaycan

Müasir Azərbaycanın inkişaf dövrü 1993-2003-ci illər ərzində Post-Sovet dövründəki təhlükəli qeyri-sabitlikdən yaranan ictimai iğtişaşlar həll edildikdən və siyasi sabitlik bərpa edildikdən sonra başlamışdır.

Baku bay at night

Bakının gecə görüntüləri

1995-ci ildə yeni Konstitusiya qəbul edilmiş; sərbəst bazar əlaqələri; və xarici kapitalın cəlb edilməsi üçün əlverişli şərait yaradılmışdır. Əsrin Müqaviləsini  (1994) də ehtiva edən, geniş miqyaslı neftçıxarma strategiyası hazırlanmış və həyata keçirilmişdir. Bu prosesdən əldə edilən gəlir hökumətə yeni təhsil, elmi və mədəni layihələrə sərmayə yatırmaq imkanı verdi.

1994-cü ildə Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs müqaviləsi bağlanmış və münaqişənin beynəlxalq qanun normaları çərçivəsində həll edilməsi üçün tədbirlər görülmüşdür. Bunun ardından tarazlaşdırılmış xarici siyasət irəli sürülmüşdür. Ölkə ümumdünya təşkilatları ilə əməkdaşlığa başlayaraq tədricən beynəlxalq icmanın bir hissəsinə çevrilmişdir. Bu müddət ərzində təqdim edilən dövlət statusu konsepti indiyə qədər qüvvədə qalmağa davam edir.

Azərbaycan milli dirçəliş dövrünü yaşayır. 2007-ci ildə ölkənin ÜDM 25 faiz, adambaşına düşən gəlir isə 38 faiz artmışdır. Bu ölkə üzrə, xüsusilə paytaxt Bakıda tikinti “bumu” ilə nəticələnmişdir.

a busy street in Baku Azerbaijan

Bakının canlı küçələrindən biri

Hazırda Azərbaycan Şərq-Qərb enerji dəhlizinin əsas ölkəsidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanın karbohidrogen ehtiyatlarını Avropaya çatdırır. Onlar Xəzər hövzəsinin zəngin ehtiyatlarını dünya enerji bazarlarına çıxarmağa yardım edir.

Azərbaycan eyni zamanda onilliklər boyu Mərkəzi Asiyadan Avropaya enerji köçürülməsini təmin edən Cənub Dəhlizinə aid boru-kəmərləri şəbəkəsinin ən böyük ortağı olmuşdur.  Planlaşdırılan layihələr Nabucco Boru-kəməri; Trans-Anadolu Qaz Kəməri; və Türkiyə-Yunanıstan-İtaliya (İTGİ) kəmərlərini ehtiva edir.

Bu iqtisadi inkişafın arxasında güclü millətlərarası bağlılıq hissi durur. Azərbaycanın unikal mədəniyyəti və tarixi nəticəsində mötədil Müsəlman və əslən Türk, yalnız yenə də Avrosentrik cəlbedici milli xarakter formalaşmışdır. Cəmiyyətin hər bir təbəqəsində ənənəvi qonaqpərvərlik geniş yayılmışdır və ölkəyə səfər edən bütün ziyarətçilər çox mülayim qarşılanır.

Ermənistan ümumilikdə Azərbaycan ərazisinin 20%-ni təşkil edən keçmiş Muxtar Dağlıq Qarabağ Vilayəti və yeddi ətraf rayonu işğal altında saxlamağa davam edir. Bu qanunsuz hərbi basqın 875 000 qaçqın və məcburi köçkünün evindən didərgin düşməsinə səbəb olmuşdur.

Azərbaycan etnik müxtəlifliyi və dini dözümlülüyü ilə məşhurdur. Bundan əlavə İran ərazisində 20 milyondan çox etnik azərbaycanlı yaşayır və onlarla digər Azərbaycan diaspora üzvləri arasında güclü əməkdaşlıq əlaqələri qurulmuşdur.

Növbəti səhifələr