875,000 Azərbaycan qaçqını və məvburi köçkünü
BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi
20 il ərzində ATƏT-in Minsk qrupunda aparılan müzakirələr
…hələ də heç bir irəliləyiş yoxdur

 

 


 

Missiyamız

AAC dünya ictimaiyyətini Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ və yeddi qonşu ərazilərlə bağlı davam edən münaqişə barədə aktiv şəkildə məlumatlandırır.

AAC Dağlıq Qarabağ məsələsinin daha geniş diplomatik dairələrdə müzakirə olunmasını istəyir. Dünya hakimiyyəti bu münaqişənin həllinə əhəmiyyət verməməklə hər zaman tam miqyaslı müharibəyə çevrilə bilən vəziyyətin inkişafına imkan yaradır.

Təəssüf ki, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi; PACE qətnaməsi; AŞ Parlamentinin Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı regiona diqqəti artıraraq çıxardığı qətnamələrə baxmayaraq, ATƏT-in Minsk Qrupu və daha böyük beynəlxalq icmalar Ermənistana Azərbaycan torpaqlarını qanunsuz işğalını davam etməyə imkan verir.

AAC həqiqətən inanır ki, qüvvədə olan Dağlıq Qarabağ münaqişəsinin həlli bütünlükdə Qafqaz regionunun rifahının artmasına yardım edəcəkdir. Biz eyni zamanda inanırıq ki, davam edən bu münaqişənin bitməsində Qərbin rolu mühümdür. Bu səbəbdən biz münaqişənin həll olunması və 875 000 qaçqın və məcbur köçkünün öz torpaqlarına qaytarılmasında Birləşmiş Krallıq, ABŞ və AŞ-dan aktiv dəstək almaq üçün kampaniyalar keçiririk.

Dağlıq Qarabağ

Dağlıq Qarabağ münaqişəsi 1988-94-cü illər ərzində  Azərbaycan və  Ermənistan arasında başlamış və sonuncu tərəfindən torpaqlar üryanlı şəkildə ələ keçirilmişdir. Lakin bu mübahisələrin tarixi ötən əsrlərə dirənir. ‘Nagorniy’ rus sözü olub “dağlıq” mənasını verir, “Qarabağ” isə azərbaycan dilində söz birləşməsidir. Dağlıq Qarabağ Azərbaycanın müstəqil ərazisinin dünya miqyasında beynəlxalq icmalar tərəfindən tanınan hissəsidir. Ermənilər heç bir dövlət tərəfindən tanınmayan ərazilərin onlara verilməsini tələb edir.(1)

Bu torpaqların əsrlər boyu Azərbaycana aid olmasına baxmayaraq, Rusiya İmperiyası və Sovet İttifaqının yardımı ilə Ermənistanın təsiri artmışdır; bir çox köklü azərbaycanlılar doğma torpaqlarından didərgin düşmüşdür. 19-cu əsrdə minlərlə erməninin İran və Türkiyədən Dağlıq Qarabağa köçürülməsinin məlum səbəbi vardır.

(1) BMT tərəfindən Azərbaycanın Dağlıq Qarabağ üzərində hakimiyyəti və ərazi bütövlüyünün tanınması: http://www.un.org/News/Press/docs/2008/ga10693.doc.htm

Dağlıq Qarabağın Xəritələri

 

 

Növbəti səhifələr