Xəbərlər

09/10/2014

“Atəşkəs xəttində” zorakılıq davam edərkən Rusiya prezidenti Vladimir Putin avqustun 9-10-da iki ölkə arasında gərginliyin azaldılması yollarının müzakirəsi üçün hər iki ölkənin prezidentini Qara dəniz sahilində, Soçi şəhərində görüşdürdü.

09/10/2014

Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanla Ermənistan arasında bağlanmış atəşkəs müqaviləsinin 20-ci ildönümündən üç ay keçməmiş atəşkəs Ağdam istiqamətində, təmas xəttində tərəflər arasında atışmalarla və ən azı 18 hərbçinin ölümü ilə pozuldu.

11/09/2014

Müasir caz-muğamın iki ən parlaq ulduzu pianoçular Şahin Növrəsli və İsfar Sarabskidir.

“Couleurs Jazz” jurnalının razılığı ilə bu məqalədə baş redaktor Marion Paoli Şahin Növrəslinin Fransada “Beejazz” səsyazma şirkətində buraxılan “Bayatı” CD-si və İsfarın Sen-Jermen de Pre festivalı zamanı verdiyi konsert çərçivəsində hər iki musiqiçinin işlərini araşdırıb.

14/03/2014

2 mart, 2014-cü il - Elizabet Şneyter

 

 

Müqəddəs Roş (“Saint Roch”) kilsəsinin bitkin səssizliyində bir melodiya doğdu. Klarnetin səsi qəflətən sanki bütün fəzanı bürüdü.

Tədricən bu səs daha da yaxınlaşaraq mərkəzə doğru irəlilədi. Yəni kilsə qapısında başlayan səs səhnəyə yaxınlaşdı. Kinan Azmehin ifası necə də məlahətli və sakitləşdirici idi...

14/03/2014

Pyer Tiloyun Avropa Azərbaycan Cəmiyyətinin sifarişi ilə bəstələdiyi “Xocalı 613” əsərinin kamera musiqisi versiyası dünyada ilk dəfə fevralın 24-də Parisdə keçirilən Xocalını anma konsertində ifa olundu. Bu əsər iki gündən sonra isə Böyük Britaniyada London səhnəsində səsləndirildi.

Bu əsər Dağlıq Qarabağ uğrunda gedən Ermənistan- Azərbaycan müharibəsinin ən dəhşətli qırğını - 1992-ci il, fevralın 26-da törədilən Xocalı qırğını zamanı həlak olmuş 613 qurbanın xatirəsinə ithaf olunub.

20/12/2013

Press-reliz: Böyük Britaniyanın xarici işlər üzrə dövlət katibi Uilyam Heyq dekabrın 16-da Bakıda 45 milyard ABŞ dolları dəyərində, 2000 mil uzunluğunda olacaq və Azərbaycan qazını “Şahdəniz-2” yatağından İtaliyaya nəql edəcək, bununla da “Cənub qaz dəhlizi” layihəsinin reallaşmasına səbəb olacaq qaz kəməri üzrə sazişin imzalanmasına şahidlik edib. Bu addım Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

03/10/2013

Dünyanın ən aparıcı maliyyə şərhçisi olan “Moodys” İnvestor Xidməti Azərbaycan haqqında verdiyi illik kredit məruzəsində ölkə iqtisadiyyatının sağlam gücə malik olduğunu etiraf edib.

20/09/2013

BP-nin bəyan etdiyi kimi, sentyabrın 19-da “Şahdəniz” konsorsiumu Avropanın İtaliya, Yunanıstan və Bolqarıstan kimi ölkələrindəki 9 məşhur qaz alıcısı ilə birgə 25 illik müqavilənin hazırlanması və imzalanması prosesini sona çatdırıb.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin II mərhələsi çərçivəsində hasil ediləcək qazın həcmi 10 milyard kubmetrdən bir qədər artıq təşkil edəcək.

18/09/2013

Sentyabrın 18-də Google-nin Azərbaycan üzrə əsas səhifəsi hazırda Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağda - Şuşanın Ağcabədi kəndində doğulmuş bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 128-ci ildönümünə həsr edilib.

11/09/2013

Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfinfən 2011-ci ildə Bakıda yaradılmış Avropa Azərbaycan Məktəbi (AAM) Beynəlxalq Məktəblərin Avropa Şurasına (BMAŞ) üzv qəbul edilmişdir. Bu təşkilat, beynəlxalq məktəblər və təhsil sahəsində fəaliyyət göstərən təşkilatlar arasında peşəkar inkişafa dəstək verən, qlobal üzvlüyü olan təşkilatdır və AAM-ni ən məşhur beynəlxalq təhsil müəssisələri arasına qəbul etmişdir.

Səhifələr

Növbəti səhifələr