İstedadlarımız – Gələcəyimizdir

Our Talent – Our Future Logo

TEAS Azərbaycanın Sumqayıt şəhərində yaşayan məzlum ailələrin akademik istedadlı uşaqlarının pulsuz tədrisini təmin edən İstedadlarımız-Gələcəyimizdir adlı qeyri-kommersiya, qeyri-hökumət təşkilatını maliyyələşdirir və dəstəkləyir.

2011-ci ilin aprel ayında tələbələrə pulsuz əlavə təlimlər və sonradan proqram vasitəsilə tədris kursunun təmin edilməsi məsədilə, TEAS İstedadlarımız-Gələcəimizdir təşkilatı üçün İmkan Mərkəzi yaratmışdır. Mərkəzdə 80 tələbə yeri vardır və 2011-ci ildən Olimpiyada və ali tədris məktəblərinin giriş imtahanlarında özlərini sınayan ümumi 200 tələbəsi olmuşdur.

Akademik təhsillə yanaşı TEAS İmkan Mərkəzi eyni zamanda tələbələri görüş sahələrini artırmağa, məntiqi və müstəqil düşünməyə və fikirlərini sərbəst, cəld və aydın şəkildə ifadə etməyə həvəsləndirir.

Dərslər maraqlı və müfəssəl təşkil edilmişdir və tələbələrin bilikləri test və imtahanlar vasitəsilə mütəmadi yoxlanır; bu fənn müəllimlərinə təkmilləşdirilməsi tələb olunan sahələri müəyyən etmək imkanı verir.

İstedadlarımız – Gələcəyimizdir barədə:

İstedadlarımız – Gələcəyimizdir  6718806 nömrəsi altında İngiltərə və Uelsdə qeydiyyatdan keçmiş qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır.

İstedadlarımız-Gələcəyimizdir Azərbaycanın gələcək iqtisadi inkişafı üçün lazım olan biliklərin inkişaf etdirilməsi məqsədilə ən mühüm hesab edilən akademik fənlərin tədris edilməsini ehtiva edir.

Sumqayıt Bakıdan 30 km məsafədə yerləşmiş və Azərbaycanın üçüncü böyük şəhəridir. Təqribən 360 000 nəfər əhalinin 1/6-ini qaçqın və məcburi köçkünlər təşkil edir. Nisbətən gənc şəhər olan Sumqayıt 1949-cu ildə Sovet hökuməti dövründə sənaye mərkəzi kimi yaradılmışdır. Region Sovet hökuməti tərəfindən burada yaradılmış kimyəvi zavodlar səbəbindən dəhşətli şəkildə çirklənmiş və sonradan bu zavodlar bağlanmışdır.

İstedadlarımız-Gələcəyimizdir eyni zamanda proqrama qoşulan hər bir şagirdin onlara göstərilən xidmət qarşılığında icma işləri ilə məşqul olmaq öhdəliyinə cəlb edilməsi ilə   icma inkişafının artırılması ilə də məşqul olur. Bu yanaşma yalnız sosial məsuliyyət hissini artırmır, eləcə də daha geniş icmaya fayda verir.

www.ourtalents-ourfuture.com

Növbəti səhifələr