TEAS-nin Azərbaycan, Brüssel, Almaniya və Fransada bəzi əsas əlaqəli şəxsləri barədə məlumat:

 

 

Tale Heydərov – Sədr

Azərbaycanlı iş adamı, sosial, mədəni və xeyriyyə tədbirlərinin təşəbbüskarı Tale Heydərov Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədridir. Tale Heydərov London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (London School of Economics and Political Sciences – LSE) beynəlxalq əlaqələr və tarix fakültəsini bitirib. Londonun Birkbek Universitetinin beynəlxalq təhlükəsizlik və qlobal idarəetmə üzrə magistraturasının məzunudur.

Tale Heydərov LSE-də təhsil alarkən Azərbaycanı Avropada tanıtmaq naminə 2006-cı ildə Azərbaycan Cəmiyyətini yaradıb. Cəmiyyət onun rəhbərliyi altında genişlənərək, sonradan Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) çevrildi. Hazırda Cəmiyyətin London ilə eyni zamanda, Bakı, Berlin, Paris, Brüssel və İstanbulda da nümayəndəlikləri fəaliyyət göstərir.

Tale Heydərov Azərbaycanın biznes, mədəniyyət və siyasət istiqamətində tanıdılması məqsədilə Avropanın ictimai-siyasi xadimlərini bu prosesə cəlb etməkdə israrlıdır. Bu cəhətdən Avropa ölkələri ilə qarşılıqlı anlaşma və gələcək naminə güclü əlaqələrin inkişafının çox mühüm olduğuna inanır. O, ingilis, Azərbaycan, türk və rus dillərində sərbəst danışır.

Tale Heydərov Azərbaycan tarixinə aid bir sıra kitabların müəllifi və redaktorudur. O, həmçinin, üç aydan bir nəşr edilən ingilisdilli “Visions of Azerbaijan” jurnalının baş redaktorudur. Bu jurnal ingilisdilli auditoriyaya ölkənin tarixi, mədəniyyəti, təbiəti, beynəlxalq əlaqələri, biznes mühiti və turizm sektoru barədə hərtərəfli məlumat verir,  əldə edilən uğurları yüksək səviyyədə təqdim edir. Jurnalda Dağlıq Qarabağ münaqişəsi haqqında məqalələr nəşr olunur.

2011-ci ildə Tale Heydərovun dəstəyilə Azərbaycanın üçüncü böyük şəhəri Sumqayıtda “İstedadlarımız gələcəyimizdir” layihəsi üçün resurs mərkəzi açılıb. Layihə çərçivəsində maddi imkanı zəif, lakin istedadlı  şagirdlərin əlavə təhsilinə dəstək verilir.

2011-ci ildə Tale Heydərov tərəfindən Bakıda Avropa Azərbaycan Məktəbi yaradılmışdır. O, bu məktəbin Himayədarlar Şurasının prezidentidir. Bu layihədə məqsəd yüksək təhsil standartlarının mümkün qədər çox sayda azərbaycanlı şagird üçün əlçatan olmasına şərait yaratmaqdır. Məktəbdə bu istiqamətdə mühüm addımlar atılmışdır. Məktəbdə əhalinin aztəminatlı təbəqəsinin övladları üçün xüsusi təqaüd proqramları təsis edilib.

Tale Heydərov 2013-cü ildə AAC Azərbaycanşünaslıq Akademik Mərkəzini (TACAS) yaratmışdır. Məqsəd Azərbaycanın mədəni və tarixi irsinin tədqiq edilməsi, araşdırmaların beynəlxalq mübadiləsidir. “Yahad İn Unum”la (Fransa) birlikdə təşkil edilmiş ilk simpoziumda Azərbaycanın Holokostun önlənməsindəki rolu və II Dünya müharibəsindəki qələbəyə töhfəsi müzakirə edilib. Mərkəz tərəfindən Britaniya, Türkiyə və Rusiya arxivlərindən bir çox mühüm tarixi sənəd və materiallar toplanılaraq nəşrə hazırlanıb.

Tale Heydərov 2014-cü ildə təşkil edilmiş  Azərbaycanda yeni, mütərəqqi təhsil şəraiti formalaşdırmaq naminə Azərbaycan Müəllimlərinin İnkişaf Mərkəzinin qurucusudur. 

Tale Heydərov Azərbaycanda nəşriyyat-poliqrafiya sahəsində də uğurlu layihələrin müəllifidir. Onun təşəbbüsü ilə  2014-cü ildə “TEAS Press” Nəşriyyat evi təsis olunub. “TEAS Press” dünyanın aparıcı nəşriyyatları ilə əməkdaşlıq edir, Azərbaycan tarixi və ədəbiyyatına dair əsərlərin dünya dillərinə, beynəlxalq səviyyədə tanınmış akademik əsərlərin isə Azərbaycan dilinə tərcüməsini və nəşrini təşkil edir. Audio kitablar hazırlanmasına xüsusi diqqət yetirilir.. Nəşriyyatın “Üç alma” uşaq ədəbiyyatı bölməsi fəaliyyət göstərir. Nəşriyyatın Rusiya və Türkiyədə də ofisləri fəaliyyət göstərir.

Tale Heydərovun media sahəsində gördüyü işlər filmləri də əhatə edir. Azərbaycan Beynəlxalq Film şirkəti 2012-ci ildə yaradılıb. İndiyə qədər Ceffri Verbokun “Gənc səslər, qədim nəğmə”, “İvonna Botto-Şirməmmədovanın həyat hekayəsi” filmləri çəkilib.

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə Tale Heydərovu Azərbaycan diasporunun inkişafı naminə gördüyü işlərə görə “Tərəqqi” medalı ilə təltif edib.

 


 

Lionel Zetter – Direktor

Lionel Zetter 2013-cü ildə Avropa Azərbaycan Cəmiyyətinin direktoru təyin edilib. Əvvəllər isə Lionel Zetter ictimai əlaqələr sektorunda bir çox mühüm vəzifələrdə çalışıb. Öz karyerasına Media İnformasiya Qrupunda direktor müavini kimi başlayıb, sonralar isə PR+CI şirkətinin katibi olub. O, "Parlamentdə Monitorinq Xidmətləri" MMC və "Political Wizard" MMC-nin icraçı direktoru və "Dods Parlament Əlaqələri" MMC-nin sədr müavini kimi çalışıb.

Lionel Zetter "Enterprise Forum" təşkilatının direktoru, "Zetterin Siyasi Xidmətləri" adlı MMC-nin icraçı direktoru, "APCO Worldwide" təşkilatında baş müşavir və Asiya İctimai Məsələləri təşkilatında vitse-prezident vəzifələrində də işləyib.

Lionel Zetter İctimai Əlaqələr üzrə Planlaşdırma İnstitutunun (CIPR), Krallıq İncəsənət Cəmiyyətinin və Milli Jurnalistlər İttifaqının üzvüdür. O, 2007-2008-ci illərdə İctimai Əlaqələr üzrə Planlaşdırma İnstitutunun prezidenti olub. Lionel Zetter Hökumət Məsələləri Qrupunun sabiq sədridir. O, bir çox kitabların, o cümlədən "Siyasi kampaniya" məlumat kitabının, "Lobbiçilik – siyasi əqidə sənəti" və "Layihə – Mühafizəkarlar hökumətinin siyasəti və şəxsiyyətləri" adlı kitabların müəllifidir. O, həm də "Zetterin siyasi dostu" adlı silsilə məlumatlar nəşr etdirir.

Lionel Zetter "Public Affairs News" (PAN) jurnalının oxucuları tərəfindən "2008-ci ilin adamı" seçilib. 2012-ci ildə isə jurnal onu "Misilsiz xidmətlərinə görə" mükafatı ilə təltif edib. Onun məqalələri "PR Week Power Book" jurnalında da müntəzəm çap olunur.

Lionel Zetter
t: +44 (0)207 808 1903
e: lionel.zetter@teas.eu

 


 

Səbinə Rakçeyeva – İncəsənət və Mədəniyyət Məsələləri üzrə Məsləhətçi

Səbinə xanım AAC-də İncəsənət və Mədəniyyət Məsələləri üzrə Məsləhətçi vəzifəsində çalışır və Avropa Mədəniyyət Parlamentinin üzvüdür. Məşhur skripkaçı olan Səbinə xanım Nyu York şəhərinin Juilliard Musiqi Məktəbindən məzun olmuş ilk azərbaycanlıdır. O, bu günədək 40-dan çox ölkədə çıxış etmişdir.

Mədəni diplomatiya sahəsinə aktiv şəkildə cəlb edilmiş Səbinə Rakçeyeva Parisdə UNESCO Hall, UN General Assembly Hall, Carnegie Hall, Berlin Bundestag binasında çıxış etmiş və İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda nitq söyləmişdir. Səbinə xanımın AAC-da vəzifəsi konsertlər, çıxışlar, sərgilər və nəşrlər vasitəsilə Azərbaycan mədəniyyətinin incəsənət, memarlıq, rəqs və musiqi kimi sahələrini təbliğ etməkdir.

Səbinə Rakçeyeva

t: +44(0)207 808 1908
e: culture@teas.eu

 


 

 

Taleh Bağıyev – TEAS Azərbaycan Təşkilatının Direktoru

Taleh bəy AAC Azərbaycanın Direktorudur. AAC-yə qatılmazdan öncə Taleh bəy İngiltərə-Azərbaycan Gənclər Cəmiyyətinin Sədri vəzifəsində çalışırdı. Cəmiyyət Azərbaycan və işğal edilmiş Dağlıq Qarabağ region barədə dünya ictimaiyyətini məlumatlandırmaqla məşqul idi.

O, Tarix elmləri üzrə Magistr və Azərbaycan və Böyük Britaniya: 1991-2001-ci illərdə Əməkdaşlıq və Ortaqlıq daxil olmaqla bir sıra kitabları yazan müəlliflərdən biri olmuşdur. Bundan əlavə o, London Azərbaycan Cəmiyyəti ilə birgə 2006-cı ildə Azərbaycanın Görüntüləri (Visions of Azerbaijan) adlı jurnalın buraxılışına rəhbərlik etmişdir.

Taleh bəyin vəzifəsi bütün dünya üzrə peşəkarlar və siyasətçiləri ölkə mədəniyyəti, biznes imkanları və tarixi ilə tanış etmək məqsədilə Azərbaycanda həyata keçirilən AAC layihələrinə, o cümlədən ölkənin tarixi barədə nəşr və filmlər, tədris layihə və proqramlarına rəhbərlik etməkdir.

Taleh Bağıyev
t: +994 (0)12 539 63 45/47
e: baku@teas.eu

 


 

Mark Vervilgen - Avropa Azərbaycan Cəmiyyətinin Belçikadakı nümayəndəliyinin direktoru 

Mark Vervilgen Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Belçikadakı nümayəndəliyinin direktorudur. O, əvvəlcə Belçika senatoru, Nümayəndələr Palatasının üzvü və nazir kimi fəaliyyət göstərib. 

Mark Vervilgen öz nazirlik karyerası boyunca ölkələrin, iqtisadiyyatın, xarici siyasətin, elmin, ədalətin və enerji məsələlərinin inkişafı istiqamətində addımlar atıb. O, eyni zamanda da vəkildir.

Mark Vervilgen Belçika Senatında vitse-prezident olarkən - 2011-ci ildə Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə Bakıya səfər etmiş və ölkənin inkişafına heyran olmuşdu.

Mark Vervilgen Belçika ilə Azərbaycan arasındakı ikitərəfli ticarət və təhsil əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır. O, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yüksək səviyyədə inkişafında maraqlıdır. Bu isə həm ticarət məqsədləri, həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və bununla bağlı yaranmış humanitar böhranın aradan qaldırılmasında faydalı ola bilər.

Tel: +32 (0)2 550 34 34

e: brussels@teas.eu


 

 

Marie-Laetitia Gourdin – Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyinin rəhbəri

Marie-Laetitia 2014-cü ildən Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyinin rəhbəridir. O, Şərqi Avropa ölkələrinə dair beynəlxalq münasibətlər və geosiyasi məsələlər üzrə önəmli təcrübəyə malikdir. O, Avropa Azərbaycan Cəmiyyətinə gəlməmişdən öncə Rusiya, Ukrayna, Xəzəryanı və Qara dəniz ətrafında olan ölkələr və dünyanın digər regionlarını da əhatə edən, təmiz enerji texnologiyaları ilə bağlı müştərək proqram həyata keçirən Beynəlxalq Enerji Agentliyində (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının muxtar orqanı) Enerji məsələləri üzrə analitik işləyirdi. O, həm də Fransanın Baş Nazirliyinin Avropa Şöbəsində Aİ-nin Avropa Qonşuluq Siyasəti məsələləri üzrə çalışmışdır.

Marie-Laetitianın əsas öhdəçiliyi Fransa siyasətçiləri, özəl sektor və mülki cəmiyyətlə sıx əlaqədə olub Avropa Azərbaycan Cəmiyyətinin vasitəçiliyi ilə Azərbaycanın mövqeyini Fransada təbliğ etməkdir.

Marie-Laetitia Gourdin
t: +33 (0)1 70 91 72 84
e: paris@teas.eu

 


 

 

Şahin Nəmati-Nasab – TEAS Almaniya Təşkilatının Direktoru

Şahin bəy Azərbaycanı tanıtdığı və regiondakı əlaqədar şəxslərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirdiyi TEAS Almaniya təşkilatının direkorudur.

Almaniya, Paris və Londonda təhsil almış Şahin bəy Tədqiqi İqtisadiyyat sahəsində Magistr, LSE İqtisadiyyat və Riyaziyyat sahəsində isə Bakalavr və Magistr səviyyələrinə çatmışdır.

Onun TEAS də əsas vəzifəsi Azərbaycanda baş verən istisadi inkişafı vurğulamaq və regiondakı biznes imkanlarını qeyd etməklə ölkə mədəniyyəti və tarixi barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Şahin Nəmati-Nasab
t: +49 (0)30 26 39 93 71
e: germany@teas.eu

 


 

 

Rəna Rzayeva – TEAS Türkyə ofisinin rəhbəri

Rəna Rzayeva Avropa Azərbaycan Cəmiyyətinin Türkiyə nümayəndəliyinin ictimai məsələlər üzrə direktorudur. Rəna Rzayeva Avropa Azərbaycan Cəmiyyətində işləməyə başlamazdan əvvəl Böyük Britaniyada “Aksentura strategiyaları” şirkətinin məsləhət xidmətləri şöbəsində çalışıb.

Rəna Rzayeva London İqtisadiyyat Məktəbinin bakalavr pilləsini, Oksford Universiteti Müqəddəs Antoni kollecinin magistratura pilləsini bitirib. Rəna xanım Rusiya, Türkiyə və Böyük Britaniya kimi ölkələrin UBS, “LUKoil”, “CNN Türk”, Britaniya Konsulluğu və “Bloomberg” kimi ictimai və özəl təşkilatlarda çalışaraq təcrübə qazanıb.

Rəna Rzayeva
t: +90 (0)212 381 86 37
e: istanbul@teas.eu

 


Növbəti səhifələr