Keçmiş Tədbirlər

04/08/2016

Press-reliz: Dünyaca məşhur azərbaycanlı pianoçu Elçin Şirinov etno-caz musiqisinə özünəməxsus yanaşmasını Londonun iki caz məkanına – Sohoda “The Spice of Life” və Dalstonda “The Vortex” klublarına gətirib. Bu konsertlər zamanı 170-ə yaxın izləyicidən ibarət auditoriya qarşısında çıxış edib.

E.Şirinovun Londondakı bu çıxışlarına Avropa Azərbaycan Cəmiyyəti (TEAS) dəstək verib.


24/05/2016

Press-reliz: Amerika Muğam Cəmiyyətinin prezidenti, filadelfiyalı musiqiçi Cefri Verbok postsovet məkanında Qələbə günü kimi qeyd olunan 9 may tarixini özündə Azərbaycan muğam musiqisinin bütün sevinc və çılğınlığını əks etdirən əlamətdar bir film nümayişi ilə qeyd edib.

London Universitetinin bölməsi olan Afrika və Şərq Araşdırmaları Fakültəsinin (AŞAF) Bruney qalereyasında baş tutmuş tədbir Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən təşkil olunub. Tədbirdə 70-dək insan iştirak edib.


16/05/2016

Press-reliz:  Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Paris ofisi “xaos” və “harmoniya” ifadələri ilə müşayiət olunan XI “L’Europe autour de l’Europe” (“Avropa ətrafında Avropa”) film festivalının təşkilatçısı Europa Film Akt (EFA) təşkilatı ilə artıq beşinci ildir ki, əməkdaşlıq edir.

Bu tədbirdə üç əlamətdar qısametrajlı film təqribən 70 nəfər parisli kinosevər qarşısında təqdim olunub. Onların üçü də Avropada ilk dəfə idi nümayiş etdirilirdi.


06/05/2016

Press-reliz: ABŞ-la Litvanın birgə istehsalı olan və çoxsaylı mükafatlar alan “Sonsuz dəhliz” müstəqil sənədli filmi martın 9-da Parisin çoxprofilli incəsənət mərkəzi olan “L’Entrepôt”da nümayiş etdirilib.

Həmin tədbirdə 1992-ci il, fevralın 26-da baş vermiş Xocalı qırğını qurbanlarının xatirəsi anılıb. Bu faciə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin ən qəddar səhifələrindən biridir. Bu qırğın 613 nəfər mülki vətəndaşın həyatına son qoyub. Həlak olanlar arasında 106 qadın, 63 uşaq, 70 qoca da var.


06/05/2016

Press-reliz: Fevralın26-da Berlinin Humboldt Universitetində maraqlı elmi müzakirələr keçirilib. Tanınmış alim, professor Yohannes Raunun araşdırmaları bu müzakirələrdə diqqət mərkəzində olub.

Bu tədbir 1992-ci ildə baş verən və Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifələrindən biri olan Xocalı qırğını qurbanlarının xatirəsinə həsr olunmuşdu. Xocalıda amansızlıqla qətlə yetirilən 613 nəfər mülki vətəndaşın arasında 106 qadın, 63 uşaq və 70 qoca da var idi.


27/04/2016

Press-reliz: Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin ən amansız səhifələrindən biri olan və 613 nəfər mülki vətəndaşın həyatına son qoyan Xocalı qırğınının qurbanları İstanbuldakı Sakip Sabancı Muzeyinin “The Seed” çoxprofilli fəaliyyət mərkəzində yad edilib.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirdə “Xocalı şahidləri: həqiqətin göz yaşları” adlı sənədli filmin premyerası da baş tutub.


06/04/2016

Press-reliz: Fevralın 26-da – Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəvi hadisələrin 24-cü ildönümündə Londonun St.Paul’s Church kilsəsində Xocalı qırğını qurbanlarının xatirəsinə həsr olunmuş konsert keçirilib. Soyqırımı qurbanlarının xatirəsi XVII əsrin ovsunlayıcı neoklassik mühitində klassik musiqi parçaları ilə yad edilib.


06/04/2016

Press-reliz: Xocalı qırğınının dəhşətli qətl səhnələri fevralın 24-də Böyük Britaniya parlamentində, ilk Xocalı Sülh Mükafatının təqdimatı ilə xatırlanıb.


06/04/2016

Press-reliz: Fevralın 25-də Parisdə 1992-ci ildə baş vermiş Xocalı qırğını qurbanlarının xatirəsinə həsr olunan təsirli klassik musiqi konserti keçirilib.

Bu faciə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin ən amansız və dəhşətli səhifələrindən biridir. Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 qoca da daxil olmaqla 613 nəfər mülki vətəndaşın həyatına vəhşicəsinə son qoyulub.


06/04/2016

Press-reliz: ABŞ-la Litvanın birgə istehsalı olan və çoxsaylı mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” sənədli filmi fevralın 23-də Böyük Britaniya parlamentinin bir hissəsi olan “Portkullis Haus”un Butroyd zalında nümayiş etdirilib.


Səhifələr

Növbəti səhifələr