Siyasət

Azərbaycan 1920-ci ilin aprel ayında Qırmızı Ordu tərəfindən işğal edilərək Sovet İttifaqının tərkibinə daxil edilməzdən öncə 1918-1920-ci illər ərzində müsəlman dünyasının ilk demokratik respublikası olub müstəqil dövlət kimi mövcud olmuşdur. 1980-cı illərin sonunda qonşu Ermənistanın torpaq iddiası və Sovet rəhbərliyinin iqtidarsızlığı və münaqişəni həll etmək istəməməsi nəticəsində müxtəlif siyasi çaxnaşmalar başladı və Azərbaycanın müstəqilliyinin səsə qoyulması tələb edildi. 1989-cu ilin sentyabrında Azərbaycan öz suverenliyini elan etdi və 1991-ci ilin 18 oktyabr tarixində müstəqil respublikanın əsası qoyuldu. 1995-ci ilin noyabr ayında yeni konstitusiya qəbul edildi.

Government building, Baku, Azerbaijan

Hökumət Binası, Bakı, Azərbaycan

1995-ci ilin 12 noyabr tarixində referendum nəticəsində qəbul edilən Konstitusiya müasir millətin idarə edildiyi demokratik prinsipləri təyin edir. Azərbaycan demokratik qaydada seçilən hakimiyyət sisteminə malikdir. O, qanunlara ciddi riayət edir və açıq, müasir, dünyəvi dövlət qurur. Yeni konstitusiya hakimiyyətin ayrılmasını təmin edir. Beləliklə, Prezident icraedici orqan, Parlament qanunvericilik orqanı, müstəqil məhkəmələr isə hüquqi orqan vəzifələrini icra edir. Azərbaycan Konstitusiyasında düzəliş etmək mümkündür, lakin proses referendumun keçirilməsini tələb edir. Konstitusiyaya əsasən 18 yaşından yuxarı olan və Azərbaycanda 10 ildən çox müddətdə daimi yaşayan hər bir vətəndaşın səsvermə hüququ vardır. Azərbaycanın siyasi strukturları əhalinin müxtəlifliyini anlayaraq hər bir şəraitə müvafiq qərarlar qəbul edir. Muxtar Respublika kimi idarə olunan Naxçıvan MR-nı buna misal gətirmək olar. Naxçıvan Muxtar Respublikasının öz parlamenti, Nazirlər Kabineti və Ali məhkəməsi vardır.

Parlament demokratik orqanın bünövrəsidir və daimi komissiyalarda (xüsusi komitəsi) həyata keçirilən araşdırmalar daxil olmaqla hakimiyyət siyasətinin hər bir mühüm aspektlərinin əsaslandırılmasını təmin edir. Azərbaycan çox partiyalı sistemə malikdir və hazırda qeydiyyatdan keçmiş 40-dan çox siyasi partiya mövcuddur. Əsas siyasi partiyalar bunlardır: Yeni Azərbaycan, Milli İstiqlal, Müsavat, Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Sosial Demokrat Partiyası.

Azərbaycanın ümumi qanunvericilik, iqtisadi məsələlər, hərbi və ciddi cinayət işlərinə baxan məhkəmələri əhatə edən üçpilləli hüquq sistemi vardır. Bunlar hamısı Birinci Pillə Məhkəmələridir və burada qəbul olunan hər bir qərar Appelyasiya Məhkəməsində müzakirə edilə bilər. Appelyasiya Məhkəməsinin qərarı ilə bağlı hər hansı şikayət ən ali hüquqi orqan olan Ali Məhkəmədə müzakirəyə çıxarıla bilər. Son illərdə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və digər Avropa orqanlarının bir çox beynəlxalq standart və tələbləri hüquq sisteminə tətbiq edilmişdir. Bunlara Mülki və Cinayət Kodeksləri və məhkəmə və polislərin statusunun müəyyən edilməsi qanunları daxildir.

Bundan əlavə Konstitusiya Məhkəməsi qanun orqanları arasında qanun və mübahisələrin qanuna müvafiqliyini qaydaya salmaq səlahiyyətinə malikdir. Azərbaycanın Avropa Şurasının üzvü olması səbəbindən onun vətəndaşları İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək hüququna malikdir. Azərbaycanın beynəlxalq institutlara bağlılığı hökumətin proqressiv siyasi sistemi inkişaf etdirmək niyyətini vurğulayır.

Avropa Şurasının üzv ölkəsi olan Azərbaycan seçkilərin ATƏT və Avropa Birliyi kimi beynəlxalq müşahidəçilər tərəfindən monitorinq edilməsini xoş qarşılayır. 2005-ci ildə Azərbaycan səsvermə kartları, səsvermə siyahılarının nəşr edilməsi, təkrar səsvermənin qarşısını almaq üçün səs verənlərin barmaqlarının nişanlanması, səsvermədən sonra səs vericilərlə müsahibə və xarici dövlətlərin maliyyələşdirdiyi QHT-lər tərəfindən seçkilərin monitorinq edilməsi sistemindən istifadə etməyə başlamışdır.

İcraedici hakimiyyət Prezident Administrasiyasına məxsusdur. Dövlət başçısı kimi o, ölkəni daxili və xarici əlaqələrdə təmsil edir, beynəlxalq müqavilələrə əməl edilməsini, dövlətin ərazi bütövlüyünü və məhkəmələrin müstəqilliyini təmin edir.

Prezident seçkiləri beş ildən bir keçirilir. Seçki nəticələrinin düzgünlüyü Konstitusiya Məhkəməsi tərəfindən yoxlanır və təsdiq edilir və bu proses xüsusilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) olan 500-dən artıq beynəlxalq müşahidəçi tərəfindən nəzarət edilir. Konstitusiya Prezident hakimiyyəti və Azərbaycan Parlamentinin İcraedici orqan tərəfindən alınan qərarlara etiraz edilməsi üzrə demokratik hüquqları arasında tarazlıq yaratmağa yardım edən tədbirləri nəzardə tutur. Prezident 56 gün ərzində qanunvericilik orqanı tərəfindən təqdim edilən qanunları təsdiq etməlidir. Prezidentin qanun layihələrinə veto hüququ tətbiq edə,Parlament 95 faiz səs üstünlüyü ilə çıxış edərsə, qanunvericilik orqanı Prezidentin qoyduğu qadağanı ləğv edə bilər.

Prezident İcraedici orqan tərəfindən siyasət və öhdəlikləri həyata keçirmək üçün təyin edilən Nazirlər Kabinetinə sədrlik edir. Prezident eyni zamanda Baş Nazirin seçilməsi üçün məsuliyyət dayışır, lakin namizədlər ilk öncə qanunvericilik orqanları tərəfindən təsdiq edilməlidir.

Milli Məclis Azərbaycanın 125 deputatdan ibarət tək palatalı qanunvericilik orqanıdır. 25 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı deputatlığa namizədliyini irəli sürə bilər. Milli Məclis səs çoxluğu ilə hər beş ildən bir seçilir.

Qanunvericilikdən başqa Milli Məclis bir sıra mühüm səlahiyyətləri yerinə yetirir. Parlament dövlət büdcəsini təsdiq edir və onun həyata keçirilməsinə nəzarət edir, Konstitusiya Məhkəməsi, Appelyasiya Məhkəməsinin hakimlərini seçir və Nazirlər Kabinetinə səlahiyyətlər verir. Qanunverici orqan eyni zamanda Ali Məhkəmənin məsləhəti ilə ittiham (impiçment) irəli sürərək Prezidenti vəzifədən azad edə bilər.

Azərbaycanın siyasi institutlarının çoxsaylı beynəlxalq problemlər və xüsusilə həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, daha da güclənməsini nəzərə alsaq, müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanın siyasət sisteminin inkişafını aydın görərik. Enerji ehtiyatları və ərazi müharibələrinə məruz qalan qeyri-sabit regionda yerləşən Azərbaycan gənc müstəqil dövlət kimi Qərbdən dəstək gözləyir və siyasət və təhlükəsizlik sahəsində Avropa və Qərbi ortaqlarla sıx əməkdaşlıq əlaqələrin qurulmasına ümid edir. 

Növbəti səhifələr