“Qarabağ” işğal haqqındakı həqiqətləri “Çelsi”nin vətəninə gətirir

Press-reliz: Hər kəsə məlumdur ki, “Qarabağ” futbol klubu hər zaman vətəndən uzaqda oynayan komandadır. Bu komandanın evi Ağdamda yerləşirdi. Ağdam şəhəri 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Bu işğal zamanı Dağlıq Qarabağ və ətrafındakı 7 rayon da ermənilər tərəfindən ələ keçirilib. Komandanın baş məşqçisi Allahverdi Bağırov minaya düşüb və bütün komanda Tofiq Bəhramov adına Respublika stadionunda yerləşdirilib. Qeyd edək ki, 1966-cı ildə keçirilən futbol üzrə dünya çempionatının final oyunu yan xətt hakimi Tofiq Bəhramovun sayəsində İngiltərənin Qərbi Almaniya üzərində qələbəsi ilə nəticələnib.

“Çelsi”-“Qarabağ” qarşılaşmasını bir qrup azərbaycanlı azarkeş və Azərbaycanı dəstəkləyənlər də seyr edib. 23 azarkeş elə düzülmüşdü ki, geydikləri köynəklərin üzərindəki hərflər “Qarabağdan rədd ol, Ermənistan” cümləsini yazsın.

“Qarabağ” futbol klubu hər zaman inkişaf etməkdə və güclənməkdədir. UEFA Çempionlar Liqasında Gürcüstanın “Samtredia” (6:0 ümumi hesablı qələbə), Moldovanın “Şerif” (2:1 ümumi hesablı qələbə), Danimarkanın “Kopenhagen” (ümumi hesab 2:2) komandaları ilə nümayiş etdirdiyi oyunların ardınca “Qarabağ” futbol klubu Londona yola düşüb. Orada o, İngiltərə Premyer Liqasının hazırkı, UEFA Çempionlar Liqasının isə 2012-ci il qalibi “Çelsi” komandası ilə görüşüb.

Bu tarixi oyunu şərh edən baş məşqçi Qurban Qurbanov deyib: “Biz onların heç birisindən qorxmuruq. Onların məşqçisi Avropada ən yaxşı məşqçilərdən biridir. Onların komandasında Avropanın ən güclü oyunçularından bir neçəsi oynayır. “Çelsi” futbol klubunun Çempionlar Liqasının rəmzi sayılmasına və böyük qələbə şansına malik olmasına baxmayaraq, komandamız sonadək mübarizə aparmağa hazırdır. Biz bilirik ki, “Çelsi” bizi müdafiəyə çəkilməyə məcbur etmək istəyir. Bu o, demək deyil ki, biz 90 dəqiqənin hamısını müdafiədə oynamaq fikrindəyik. Biz hücumda da oynayacağıq “Qarabağ”da haitili yarımmüdafiəçi Vilde-Donald Guerrier və braziliyalı cinah yarımmüdafiəçisi Pedro Enrike Konzen oynayır”.

Təəssüf ki, onun nikbinliyi düzgün qiymətləndirilmədi. 4-5-1 formatında oynamalarına baxmayaraq, hücuma kifayət qədər futbolçu atılmamışdı. Ötürmə oyunu nümayiş etdirən “Qarabağ”ın bir neçə zərbəsi “Çelsi”nin qapısının üstündən keçdi.

Çətin şəraitdə mübariz oyun nümayiş etdirən “Qarabağ” futbol klubu Böyük Britaniya futbol aləmində yaxşı tanınır. 2015-ci ildə bu klub “Seltik” və “Tottenhem” komandaları ilə üzləşib. “Kopenhagen”ə 1:2 hesablı məğlubiyyəti isə “Qarabağın” son 20 oyunda ilk məğlubiyyəti olmuşdur.

Növbəti səhifələr