“Xocalı-25” musiqili anım tədbiri

Press-reliz: Azərbaycanlıların sevimli bayramı olan Novruz bayramının ərəfəsi həm azərbaycanlılar, həm də qanunun aliliyinə və insan həyatının toxunulmazlığına inananlar üçün hər zaman kədərlə doludur. Çünki 25 il əvvəl Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi baş verib. Tarixə Xocalı soyqırımı kimi düşən bu hadisədə 613 dinc sakin həyatını itirib. Öldürülənlər arasında 106 qadın, 63 uşaq və 70 qoca da var.

Fevralın 24-də “Covent Garden”də “Xocalıya ədalət” kampaniyası tərəfindən dəstəklənən tədbir keçirilib. Bu tədbirdə əsas məqsəd 1992-ci il, fevralın 26-da baş vermiş Xocalı soyqırımının anılması idi. Müxtəlif millətlərdən olan 300-ə yaxın musiqi pərəstişkarının qatıldığı tədbir 265.000 tamaşaçısı olan London televiziyası ilə canlı yayımlanıb. Konsertdə Londonda yaşayan məşhur azərbaycanlı klassik musiqiçi və vokalçıları iştirak ediblər.

Bu emosional gecədə çoxları Dağlıq Qarabağın bir hissəsi olan Xocalının Azərbaycan musiqisi ilə sıx bağları haqda düşünürdü. Qərb klassik musiqisini Azərbaycan musiqisi ilə sintez etmiş bir çox məşhur Azərbaycan bəstəkarlarının Xocalı ərazisində sıx qohumluq əlaqəsi olub. Fikrət Əmirovun atası Dağlıq Qarabağın bir hissəsi olan Şuşa şəhərinin məşhur xanəndəsi idi. Bu, onun pianoçu Günel Mirzəyeva tərəfindən ifa edilmiş 5 miniatürünün hər birində hiss olunurdu.

Daha sonra soprano səsinə malik Selcan Nəsibli 1953-cü ildə yazılmış “Sevil” operasından Sevilin ariyasını səsləndirib. Onun gözəl ifası konsert iştirakçılarının yaddaşında uzun müddət qalacaq.

Pianoçu Ayan Salahova və violonçel ifaçısı Camal Əliyev Şopenin və Raxmaninovun populyar əsərlərini ifa ediblər. Konsert Pyerr Tilloyun həmin gecənin dəhşətlərini yada salan “Xocalı 613” poeması ilə yekunlaşıb. Burada hücumun, pulemyotların, qışqırığın və ağlaşmanın səsləri skripkanın, klarnetin və simli musiqi alətləri kvartetinin köməyi ilə verilir. Bu səslər azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnetçi Anna Qaqane və Fransanın “Quatuor Chagall” kamera ansamblının birgə ifa etdikləri Azərbaycan xalq musiqi ilə müşayiət olunub.

Tam sükut içində skripka qədim kilsə zəngini çaldı, lakin növbəti saniyə o səs atəş və fəryad səslərinə çevrildi. Konsert iştirakçıların hər birinə bu möhtəşəm konsertin CD diski təqdim olunub.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bu gecə haqda danışıb. O deyib: “Bu gecə bizə insanın vəhşi ola bilməsini, müharibənin isə ağır nəticələrə malik olmasını xatırlatdı. Bu gecə həm də Xocalı soyqırımının kimlər tərəfindən təşkil edildiyinin məlum olduğunu bildirdi. Ədalət BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bəyanatın – Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməli olmasına dair bəyanatın yerinə yetirilməsini tələb edir. Ədalət həmçinin Ermənistan rəhbərliyinin tutduğu cinayətlərə görə cavab verməsini tələb edir. İnanın mənə, xanımlar və bəylər, Xocalı ədaləti öz yerini ya bu dünyada, ya da o axirətdə mütləq tapacaq”.

Ermənistan Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal altında saxlamaqda davam edir. Azərbaycan ərazisinin demək olar ki, 20 faizi işğal olunub, 1 milyona yaxın əhalisi isə qaçqın və məcburi köçkün həyatını yaşayır. Bu tədbir Xocalı qurbanları və yeganə arzusu ata-baba torpaqlarına qayıtmaq olan azərbaycanlılara həsr edilib.

Növbəti səhifələr