Britaniyanın “Vogue” jurnalı Leoni Mergenin “Qarabağ kolleksiyası”nı təqdim edib

Press-reliz: Berlində yaşayan Leoni Mergen ən öndə gedən alman dizaynerlərindən biridir. Berlində Beynəlxalq İncəsənət Universitetində təhsil almış və Berlindəki “Patrik Helman” kimi elit moda evlərində təcrübə keçmiş dizaynerin sənəti zəngin, ənənəvi və avanqard stillərin qarışığından ilhamlanır və bütövlükdə Avropa zərifliyi ilə ifa edilir.

Bu ilin əvvəllərində onun 2017 payız/qış kolleksiyası bunu çox gözləyən ictimaiyyətə açıqlandı. Bu kolleksiya ilk olaraq Berlində keçirilən “Mercedes-Benz” Moda Həftəsində, daha sonra isə London Moda Həftəsində təqdim edilərək moda mediasının marağına səbəb oldu. “Qarabağ kolleksiyası” (Karabakh-Collection) adlanan bu kolleksiya öz əsasını Azərbaycanın Qarabağ regionundan götürür. Ölkənin bu ərazisi Azərbaycan mədəniyyəti və sənətkarlığı məfhumları ilə sinonimdir, lakin 25 ildir ki, Ermənistanın qeyri-qanuni işğalı altındadır.

Kolleksiyanın uğur qazanması nəticəsində Leoni Britaniyanın “Vogue” jurnalının sentyabr buraxılışının dizayner profili bölməsində təqdim olunur. Burada dizayner haqqında məlumat verilib və “Qarabağ kolleksiyası”nın zərif ipəklə işlənmiş ən gözəl geyimlərindən biri təqdim olunub. Jurnalın internet səhifəsində London podiumundan videomaterial da yerləşdirilib.

Britaniyanın “Vogue” jurnalının bu buraxılışı xüsusilə vacibdir, belə ki, bu, 25 il jurnalın redaktoru olmuş Aleksandra Şulmanın rəhbərliyi altında çıxan son buraxılışdır. Təqribən 22 000 tirajı və bir milyon oxucusu olan “Vogue” jurnalının oxucularının 85 faizi bildirir ki, “Vogue” moda İncilidir.

Əlavə məlumat əldə etmək və “Qarabağ kolleksiyası”na baxmaq üçün www.leoniemergen.com səhifəsinə keçin.

Növbəti səhifələr