Leoni Mergenin “Qarabağ kolleksiyası” London moda həftəsində Azərbaycan irsini podiumda təqdim etdi

Press-reliz: Fevralın 18-də Berlində yaşayan gənc dizayner Leoni Mergenin yeni füsunkar “Qarabağ kolleksiyası”nın Böyük Britaniyada təqdimatı keçirilib. 18 dəstdən ibarət kolleksiya xətti Azərbaycanın Qarabağ regionunun mədəniyyətinə tamamilə yeni yanaşmanı göstərir.

Bu təqdimat kolleksiyanın Berlində keçirilən “Mercedes-Benz” moda həftəsində olan dünya premyerası, daha sonra yenə də Almaniya paytaxtında “L’Oréal Professionnel” brendinin hər il keçirilən tədbirində yüksək səviyyəli nümayişindən sonra baş tutub. London moda həftəsi adətən beynəlxalq moda elitasının qaymaqları olan 5000-dən artıq insanı cəlb edir.

Tədbirdən sonra Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən Londonun Şorditç rayonunda yerləşən “Andaz” studiyasında keçirilən ziyafətdə 100-ə yaxın yüksək təbəqədən olan modasevərlər iştirak edib. Tədbir BBC və Azərbaycanın dövlət televiziya kanalı olan AzTV tərəfindən işıqlandırılıb.

Qarabağ dizaynlarına dair ikonoqrafiya haqqında məlumatların əldə edilməsində müəyyən çətinliklərin yaranmasına baxmayaraq, – 1988-1994-cü illərdə qızğın şəkildə gedən Ermənistan-Azərbaycan münaqişəsi zamanı bir çox kitablar, dizaynlar və tarixi artefaktlar məhv edilib, – bu milli dizaynların canlılığı gənc berlinli dizayner Leonini ilhamlandırıb. Onun marağını xüsusilə Azərbaycanın çovqan (polonun daha maraqlı müjdəçisi olan) oyunu cəlb etmişdi. Bu oyun da həmin regiondan gəlir və qızılı Qarabağ atları ilə oynanılır.

Ansambllarda ölkənin məşhur parçalarını xatırladan bəzəklər, həm kişi, həm də qadın geyimi görünüşünü yaradan yaxaları və qollu çuxalar təqdim olunub. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoninin kolleksiyasında mühüm rol oynayan atçılığın təsiri ilə yaradılmış dəri aksessuarları və mürəkkəb ipək elementləri ilə onun dizaynlarında görünür.

Sleek” jurnalı yazır: “Dizayner dərin kəsilmiş yaxaları uzunqol örtüklərlə nazik parıltılı dəri və incə ipəklə kombinasiya etmiş, bununla da qədim İpək Yolunda birləşdirici mərkəz olmuş Azərbaycanın irsinə müraciət etmişdir. Dizaynerin ilk özünəməxsus nümayişində həndəsi formada olan göy və tünd qırmızı rəngli ornamentlər regionun məşhur kilimlərini xatırladır”.

Şərhçi Harri Let “C-Heads” jurnalı üçün yazısında bildirir: “Əşyalar formasına görə təvazökar olsa da xəz, ipək, məxmər və dərinin birləşməsi onları çox zəngin və mürəkkəb edir. Bunlar dərin, cəlallı rənglərlə bərq vuran və mülayim, klassik tekstura ilə zəngin olan əşyalardır. Mergen həqiqətən ənənə pərəstişkarıdır və bizə ənənənin tərəqqi ilə necə birləşə bildiyini göstərir. Biz irəli getmək üçün ənənələrdən imtina etməməliyik, biz onları azad və dürüst şəkildə əhatə etməliyik”.

TEAS-ın sədri və təsisçisi Tale Heydərov bildirib: “Qarabağ kolleksiyası” TEAS üçün çox maraqlı layihədir və biz gənc berlinli dizayner Leoni Mergenə Azərbaycandan ruhlanan modanı dünya auditoriyasına təqdim etmək şansını verməkdən və onu ölkəmizdə ruhlandırıcı səyahətində dəstəkləməkdən məmnunuq”.

Tale Heydərov Dağlıq Qarabağ haqda da fikirlərini bildirib. O, deyib: “Bu dərəcədə beynəlxalq səviyyədə işıqlandırılan və diqqət cəlb edən moda kolleksiyası daha geniş ictimaiyyətə Azərbaycanın belə bir işğal olunmuş Dağlıq Qarabağ regionunun olduğunu göstərmək, mədəniyyətin bütün sahələrində bizim milli irsimizi qorumaq üçün addımların atılmalı olduğunu və vətəndaş cəmiyyətinin gücündən istifadə edilməli olduğunu bildirmək üçün çox gözəl imkandır”.

Əlavə məlumat üçün www.karabakh-collection.com səhifəsinə keçin.

Növbəti səhifələr