Sonuncu vəhşilikdə hədəf iki dinc sakin oldu

Press-reliz: Dünyanın böyük hissəsinin ABŞ-ın Müstəqillik günü bayramını qeyd etdiyi gün – iyulun 4-ü axşam saatlarında Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun kəndlərini iriçaplı silahlardan atəşə tutub.

Atəş nəticəsində 50 yaşlı Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra qətlə yetirilib, digər dinc sakinlər isə ciddi xəsarət alıb. Xəsarət alan dinc sakinlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən təxliyə olunsa da adıçəkilən iki nəfəri xilas etmək mümkün olmayıb.

Azərbaycanın Bütün Partiyalar üzrə Parlament Qrupunun sədri Bob Bləkmən deyib: “İstənilən insan tələfatı təəssüf hissi doğurur. Lakin iki insanın ölümü ilə nəticələnən dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir. Ermənistan Silahlı Qüvvələri təmas xətti boyunca atəşi dayandırmalı və sülh danışıqları üçün zəmin yaratmalıdır”.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter deyib: “2 yaşlı uşağın və onun nənəsinin qətlə yetirilməsi Ermənistan Silahlı Qüvvələrinin vəhşiliyinin yeni səviyyəsidir. Ermənistan təmas xəttindən öz qoşunlarını çıxarmalı və sülh danışıqlarını başlamalıdır”.

Növbəti səhifələr