Pres-Relizlər

07/07/2017

Press-reliz: Dünyanın böyük hissəsinin ABŞ-ın Müstəqillik günü bayramını qeyd etdiyi gün – iyulun 4-ü axşam saatlarında Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun kəndlərini iriçaplı silahlardan atəşə tutub.

Atəş nəticəsində 50 yaşlı Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra qətlə yetirilib, digər dinc sakinlər isə ciddi xəsarət alıb. Xəsarət alan dinc sakinlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən təxliyə olunsa da adıçəkilən iki nəfəri xilas etmək mümkün olmayıb.

07/07/2017

Press-reliz. Paris, 21 iyun 2017-ci il: BMT-nin Ümumdünya Qaçqınlar Günü çərçivəsində bütün dünyada təşkil olunan silsilə tədbirlərin bir hissəsi olaraq Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşkilatçılığı ilə Fransa Senatının yerləşdiyi Lüksemburq sarayında “Avropa və Fransada unudulmuş münaqişələrin nəticələriı: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların cari vəziyyəti və uzunmüddətli perspektivlər – Azərbaycan nümunəsi” adlı konfrans keçirilib.

07/07/2017

Press-reliz: Futbol və idman insanları bərabərləşdirmək üçün çox gözəl vasitədir. Etnik mənsubiyyətindən, dinindən, milliyyətindən və ya mədəniyyətindən asılı olmayaraq idmanın qaydaları bütün dünyada anlaşılır.

29/06/2017

Press-reliz: Bütün dünyada ev-eşiyindən məhrum edilmiş insanlar, münaqişə və müharibələrin qurbanları BMT-nin qaçqınların statusuna dair 1951-ci il Konvensiyasının qəbul edilməsinin 50-ci ildönümü münasibətilə yad edilir. Onlar BMT tərəfindən 2000-ci ildə Dünya Qaçqınlar Günü elan edilən 20 iyun tarixində xatırlanır. Suriya və Ukraynadakı kimi münaqişələr nəticəsində yaranan qaçqınlar ordusu və sonrakı avropayönümlü miqrasiya böhranı hazırda diqqət mərkəzindədir.

29/06/2017

Press-reliz: Nigar Həsənzadə aparıcı azərbaycanlı şairlərdən biridir. Azərbaycanın poeziya irsinə yaxşı bələd olan şairənin əsərləri özündə onun doğma vətəninin sufilikdən gələn simvollarını ehtiva edir. Əsərləri geniş şəkildə nəşr və tərcümə edilən Nigar xanım hazırda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “Söz” ədəbi layihəsinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və 1939-cu ildən etibarən ədəbiyyat vasitəsilə ifadə azadlığını təbliğ edən “Pen International” təşkilatının üzvüdür.

28/06/2017

Press-reliz: Böyük Britaniyada keçirilmiş parlament seçkilərindən sonra Avropa Azərbaycan Cəmiyyəti (TEAS) fürsətdən istifadə edərək Azərbaycanın 1 milyona yaxın məcburi köçkün və qaçqınlarının acınacaqlı vəziyyətini yeni Britaniya Parlamentinin 650 üzvünün diqqətinə çatdırıb. Bütün parlament üzvlərinə, həm yenidən seçilən, həm də yeni seçilmiş deputatlara bununla bağlı açıqca göndərilib.

28/06/2017

Press-reliz: Azərbaycanın Respublika Günü Azərbaycanın milli təqvimində ən vacib bayramlardan biridir. Belə ki, həmin gün Azərbaycam Demokratik Respublikasının (ADR) nailiyyətləri qeyd olunur. 1918-1920-ci illərdə 23 ay ömür sürmüş ADR müsəlman Şərqində yaradılmış və Avropa modeli üzərində qurulmuş ilk demokratik ölkə olmuşdur.

28/06/2017

Press-reliz: Mayın 29-da II Dünya müharibəsinin başa çatması ilə bağlı xatirə tədbirlərinin bir hissəsi olaraq çox uyğun bir yerdə – “Musée de l’Armée” Ordu Muzeyində 1671-1678-ci illərin barokko stilində inşa edilən və Napoleonun türbəsinin yerləşdiyi “Hôtel National des Invalides”də daha az tanınan döyüş haqqında əlamətdar sənədli filmin nümayişi keçirilib. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi, Azərbaycanın Fransadakı səfirliyi və “Evropa Film Akt” (EFA) təşkilatının dəstəyi ilə baş tutub.

28/06/2017

Press-reliz: Azərbaycanın zəngin ədəbi irsi var, xüsusilə də poeziya sahəsində. Bu, fevralın 23-də Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş tarixi Azərbaycan-Britaniya Poeziya gecəsində öz təsdiqini bir daha tapıb. Bu tədbir 1903-cü ildə açılan və Londonun ən məşhur kitab mağazası olan “Foyle”nin 6-cı mərtəbəsindəki müasir üslublu məkanda keçirilib. Orada 100-dən artıq ədəbiyyatsevər və Azərbaycanın dostları iştirak edib.

02/06/2017

Press-reliz: Hazırda 86 yaşında olan Əhməd Camal postbop caz musiqi janrının canlı əfsanələrindən biridir. O, böyük Erroll Qarnerin təsiri ilə bütün zamanların ən uğurlu kiçik qrup rəhbəridir, həm Bax, həm də Art Tatum sayəsində zəngin fiqurativ üslub yaradıb. O, caz mərkəzi olan Parisdə xüsusi populyarlıq qazanıb və “L’Olympia” və “Salle Pleyel” də daxil olmaqla Parisin bütün əsas konsert zallarında çıxış edib.

Səhifələr

Növbəti səhifələr