İctimai Əlaqələr

İctimaiyyətlə əlaqələr şöbəsi (komadasının) ictimai fikri formalaşdıran, vacib  qərarlar qəbul edən qrupları, siyasi və akademik dairələri və bütövlükdə vətəndaş cəmiyyəti üzvlərini Azərbaycanla bağlı məlumatlandırır.

İctimai əlaqələr proqramının bir hissəsi olaraq, TEAS Birləşmiş Krallıq, Fransa, Almaniya, Belçika və digər AB dövlətlərində fəaliyyət göstərən siyasi partiyalarla əməkdaşlıq edir. İctimaiyyətlə Əlaqələr şöbəsi (komandası) mütəmadi olaraq parlament üzvlərini, dövlət məmurlarını, diplomatları, nazirləri, önəmli müxalifət nümayəndlərini və komitə üzvlərini məlumatlandırır. Bizim məqsədimiz Azərbaycan barədə məlumat mənbəyi qismində çıxış etməkdir.

Biz yuxarıdakı məqsədlərə nail olmaq üçün il ərzində intensiv tədbirlər proqramı hazırlayırıq. Şöbənin əməkdaşları bütün mühüm siyasi partiyaların keçirdiyi illik konfranslara qatılır. Bundan əlavə, Azərbaycan təqvimindəki əlamətdar və tarixi günlərin qeyd edilməsi məqsədilə tədbirlər təşkil edilir.

The crowd at the TEAS 20th Anniversary of Independence (Azerbaijan) event, London

TEAS-də Azərbaycanın Müstəqilliyinin 20 illiyinə həsr edilmiş tədbir, London

Dünya ictimaiyyətinin Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı barədə məlumatlandırılması İctimaiyyətlə Əlaqələr şöbəsinin əsas məqsədidir. TEAS olaraq biz inanırıq ki, bu məsələ tam həllini tapanadək Azərbaycan və digər Cənubi Qafqaz ölkələri tam iqtisadi potensiallarına çatmaqda və Avropa millətləri ailəsinə qoşulmaqda böyük çətinliklərlə üzləşəcəklər. Biz dünya ictimaiyyətini beynəlxalq hüquqa əməl etməyə və erməni silahlı qüvvələrinin işğal olunmuş rayonlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətmanəsini həyata keçirməyə çağırırıq. Yalnız bu baş verdikdən sonra  işğal altındakı ərazilərdən olan 875 000 azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıda bilərlər.

Azərbaycan, onun iqtisadi potensialı və Dağlıq Darabağ məsələsi barədə məlumatlılığın artırılması ilə bağlı layihəmizin tərkib hissəsi olaraq, hər il Azərbaycana bir sıra tanışlıq səfərləri təşkil edilir. Bu səfərlərdə siyasətçilər, iş adamları və jurnalistlərin iştirakı təmin edilir. Biz hesab edirik ki, bu şəxslərin TEAS nin regionla bağlı təqdim etdiyi məlumatların dəqiqliliyini və həqiqətə uyğunluluğunu özləri üçün təsdiqləmək imkanına sahib olmaları müstəsna əhəmiyyət kəsb edir.

Ətraflıməlumat almaq üçün, zəhmət olmasa, əlaqə saxlayın:

İctimai Əlaqələr: publicaffairs@teas.eu

Növbəti səhifələr