Somaliyə yardım

African Development Trust (ADT) Logo

Sosial Yardım proqramının bir hissəsi olaraq, TEAS Somali aclıq hadisəsindən zərər çəkənləri düyü, yağ, un, təmiz su və dərman preparatları ilə təmin etmək məqsədilə Afrika İnkişaf Təşkilatı (ADT) üçün mühüm vəsait toplamağa yardım etmişdir. ADT qida və tibbi məhsulların təchizatı ilə məşqul olan və Afrikada su təmizləmə qurğuları quran Britaniya təşkilatıdır. TEAS-nın dəstəyi ilə əldə edilən vəsait 82 000-dən çox insana yardımçı olmuşdur.

Uzumüddətli quraqlıq və aclıq Somalini viran qoymağa davam etdikcə, 2011-ci ilin sentyabr–noyabr aylarında 29 000-dən çox uşaq beş yaşına çatmadan dünyasını dəyişmişdir.

ADT-nin direktoru Əbdülrəhman Əl-Şeyx pul vəsaitindən necə istifadə edilə biləcəyini bele zah edir: “Somalinin ən başlıca problemi olan quraqlıq məhsul qıtlığı yaradır. Pul vəsaiti içməli su mənbələrinin yaradılması, qida-ərzaq məhsullarının təmin edilməsi və tibbi avadanlığın təchiz edilməsi üçün istifadə ediləcəkdir.”

ADT-nin Layihə Meneceri Yasmin Mohamed söyləyir: “Somalidə uşaqların üçdə bir hissəsi pis qidalanmadan təsirlənir. ADT əvvəllər yardım edilməyən sahələrdə mərkəzləşir.”

BMT Somalidə son 60 il ərzində hökm sürən quraqlıq səbəbindən beş zonanın aclıq içində olduğunu bəyan etmişdir. BMT-nin məlumatına əsasən, Somalidə aclıqdan əziyyət çəkən uşaqların sayı 640 000-dən çox, tibbi yardıma ehtiyacı olanlar isə 3.2 milyon nəfərdir.

Afrika İnkişaf Fondu barədə:

Afrika İnkişaf Fondu (ADT) 2004-cü ildə Afrikadan olan bir neçə neçə proqressiv şəxs tərəfindən yaradılmış Britaniya təşkilatıdır. Qurum Afrikanın inkişafına xidmət edir. Fond 1122911 nömrəsi ilə Britaniya Xeyriyyə Cəmiyyətində qeydiyyatdan keçmişdir.  Qurumun şirkət nömrəsi isə  05841438.

www.africandt.org

 


 

ADT Qida-Ərzaq Paylama Layihəsi – AAC tərəfindən yaradılmışdır

AAC ADT Qida-Ərzaq Paylama Layihəsini yaratmışdır. Layihə üzrə 1500 Somali qaçqını düyü, un və yağla təmin edilmişdir.

TEAS sponsored food distribution centre, Somalia

1500 Somali qaçqını üçün düyü, un və yağ kimi ərzaq məhsullarının paylanması layihəsi

People gathering at the TEAS sponsored food distribution centre, Somalia.

İnsanlar ərzaq-qida məhsullarının paylanması mərkəzində toplanır

People collection supplies and resting at the TEAS sponsored food distribution centre, Somalia

İnsanlar ərzaq-qida məhsullarının paylanması mərkəzində ərzaqları qəbul edir və dincəlir

 

ADT Pulsuz Tibbi Yardım Layihəsi – TEAS tərəfindən yaradılmışdır

TEAS ADT Pulsuz Tibbi Yardım layihəsi yaratmışdır. Bu layihəyə görə Pulsuz Mobil Klinikalar dərman preparatları ilə təmin edilmişdir. Bunlara antibiotiklər, analgetik təsirli dərmanlar, qızdırma salıcı preparatlar, öskürəyə qarşı və histaminik dərmanlar, diareya və qastrit əleyhinə dərmanlar, anti-parazitik dərmanlar, vitaminlər, minerallar, dəri –zöhrəvi xəstəliklər üçün dərmanlar, ürəkbulanma və malariyaya qarşı preparatlar daxildir.

A woman and young girl attending the TEAS sponsored mobile clinic, Somalia

Qadın və qızlar mobil klinikaya göndərilir

A woman together with her young son and baby attend the TEAS sponsored mobile clinic, Somalia

Qadın oğlu və digər körpəsi ilə mobil klinikaya göndərilir

A doctor carries out a consultation at the TEAS sponsored mobile clinic, Somalia

Həkim mobil klinikada məsləhətlər verir

 

Növbəti səhifələr