İdman

Ənənəvi idman növləri

Azərbaycan idmanı əsrlərlə yaşı olan ənənəvi idman növləri və oyunları ilə məşhur tarixə malikdir. Ənənəvi idman növlərinin çoxu dövlət səviyyəsində və fərdi şəkildə oynanılır. Bu cür ənənəvi oyunlara topaldıqaç, şurpapaq (at belində oynanır), yaylıqqaçırtdı, çovkan (poloya bənzər oyun), çiling-ağac, güləş, nərdyeddi gözəl aiddir (aşağıda baxın).

Çovkan ən tanınmış milli oyunlardan biridir. Adı oyunu oynamaq üçün istifadə ediən xokkey ağacına bənzər ağac alətdən götürülmüşdür. Dədə Qorqud (7-ci əsr) eposu və Nizaminin Xosrov və Şirin poemasında çovkan oyununun adı çəkilir.  Oyunçular at belində 120-130 sm uzunluqda sonluğu əyri ağac çovkanla topu əks komandanın qapısına itələməlidirlər. Oyun uzunluğu 120-130 m, eni isə 60-150 m olan sahədə oynanılır. Qapılar iki metr hündürlüyə və beş metr enə qurulur. Oyun fasilə ilə iki saat davam edir və musiqi ilə müşayət edilir. Bütün oyunçular milli geyimlərdə (papaq, arxalıq və ya dar gödəkcə və şalvar) olur. Oyunu üç hakim idarə edir.

Çiling-ağac çubuq və payacıqla oynanan məşhur uşaq oyunlarından biridir. Oyun Britaniyanın kriket və Amerikanın beysbol oyunlarına bənzəyir. Oyun ərzində top əvəzinə kiçik ağac çubuqla (10-12 sm) oynanır.

Nərd  bəşəriyyət tarixində ən qədim oyundur. Nərdin tarixi qədim Fars İmperiyasına aid Mesopotamiyadan başlayır. Oyun sümük, daş, ağac və ya saxsıdan hazırlanan nömrələnmiş zərlərlə taxta lövhə və ya daşlar üzərində oynanırdı. Tarix boyu nərd padşahlar və əsilzadələrin oyunu idi. Bir çox artefaktlar göstərir ki, oyun Fars, Yunan, Roma və Uzaq Şərq aristokları arasında geniş yayılmışdır. Farslar nərdi “taxteyi nərd” adlandırır və bu da farscadan tərcümədə “ağac üstündə savaş” (“taxteyi” – ağac, “nərd” – savaş, döyuş) mənasını verir. Farslar Misiri ələ keçirdikdən sonra, oyun burada “tau” adı altında məşhurlaşır. Nərd yunanca “tavli”, türkcə isə “tavla” adlanır.

Yeddi gözəl yeddi qızın qarmaq və müxtəlif rəngli sapların köməyilə apardığı rəqabətdir. Təyin edilmiş zamanadək onlar qarmaqla corab toxumalıdırlar. Ən gözəl və ən tez corab toxuyan qız qalib olur.

Azərbaycan Olimpiya oyunlarında

Azərbaycan idmançıları 1952-1992-ci illər ərzində SSRİ komandalarının tərkibində Olimpiya oyunlarına qatılmış və 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar.

1992-ci ildə beş Azərbaycan idmançısı Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ümumi komandasının təkibində Barselona Olimpiya Oyunlarında iştirak etmişdir. İki Azərbaycan idmançısı bu komandanın tərkibində qızıl medal sahibi olmuşdur.

Azərbaycanda 1992-ci ilin yanvar ayında Milli Olimpiya Komitəsi (MOK) yaradılmış və 1992-ci ilin noyabr ayında Avropa Olimpiya Komitəsinin üzvü seçilmişdir. MOK 1993-cü ilin sentyabr ayında Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmi qaydada tanınmışdır. 1996-cı ildə Azərbaycan ilk dəfə Atlanta Olimpiya Oyunlarında müstəqil olaraq milli komanda qismində iştirak etmişdir. Komanda bir qızıl medal qazanmış və həmin il rəqabət aparan 197 ölkədən ibarət siyahıda 61-ci olmuşdur. Azərbaycan 1996-cı il yay Olimpiya Oyunlarından başlayaraq bütün yay olimpiyadalarında iştirak etmiş və medallar qazanmışdır.

Azərbaycan idmanı beynəlxalq səviyyədə

Ənənəvi idman növlərindən əlavə Azərbaycanda bir sıra digər idman növləri də geniş inkişaf etmişdir. Güləş, boks, atçılıq, basketbol, karate, voleybol, ağırlıq qaldırma, futbol və şahmat beynəlxalq səviyyədə oynanır.

Azərbaycanın idman həyatından faktlar

Sovet hakimiyyəti dövründə Harri Kasparov adı şahmat oyunun sinoniminə çevrilmişdi. Rusiya şahmat oyunçusu adlandırılmasına baxmayaraq, Kasparov Azərbaycanın paytaxtı Bakı şəhərində dünyaya göz açmışdır.

1966-cı ildə Dünya Kubokunun finalında İngiltərə komandasının vurduğu mübahisəli qolu hesaba alan“məşhur rus” yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov idi. Milli futbol stadionu 2006-cı ildən Azərbaycanın məşhur futbol hakimi Bəhramovun adını daşıyır.

Növbəti səhifələr