TEAS Business Forum Paris – view of Paris and Eiffel Tower

Azərbaycan – Qafqazın lokomotivi:

Potensiallar və Sərmayə Imkanları

14 mart 2013-cü il | 08:30-dan 17:00-dək

Hôtel de l’Industrie – Siège de la Société d’Encouragement pour l’Industrie Nationale

4 Place Saint-Germain-des-Prés 75006 Paris

www.teas.eu | teasbusinessforum@teas.eu

Press-relizi buradan oxuya bilərsiniz.

Ötən tədbirlər bölməsində AAC Biznes Forum Paris 2013 foto qalereyasına baxa bilərsiniz.

Konfrans Azərbaycanın Fransadakı səfirliyi və Fransa-Azərbaycan Ticarət Palatasının əməkdaşlığı ilə təşkil olunur. 2011-ci və 2012-ci illərdə Londonda Avropa Azərbaycan Cəmiyyəti tərəfindən uğurla keçirilmiş forumların davamı olan bu tədbir Fransada təşkil etdiyimiz ilk biznes forumdur.

Forumun əsas hədəfi yeni əlaqələndirmə və məlumatlandırma platforması vasitəsilə biznes şəbəkəsinin yaradılması və Azərbaycanda mövcud olan investisiya imkanlarını işıqlandırmaqdır. Forumda aşağıdakı mövzular müzakirə olunacaq:

  • Energetika texnologiyaları
  • Su və sanitariya
  • Aqrobiznes
  • Telekommunikasiya və aerokosmik məsələlər
  • İrimiqyaslı infrastruktur layihələri

Forumun məqsədləri:

  • Azərbaycanda mümkün sərmayə və biznes potensiallarının ümumi icmalını verəcək;
  • Ölkədə mövcud olan layihələri işıqlandıracaq və ən son məlumatları çatdıracaq;
  • Azərbaycan iqtisadiyyatında artım sahələri və istismar olunmamış sektorları müəyyənləşdirəcək;
  • Biznes və hökumət nümayəndələrinin əsas mesajlarını potensial sərmayədarlara və şəriklərinə çatdıran platforma rolunu oynayacaq.

Azərbaycan öz iqtisadi inkişaf göstəriciləri sayəsində karbohidrogen sektoru və digər sahələrdə Fransa şirkətlərinə əsaslı imkanlar təqdim edir.

Neft sektorunda olan inkişaf nəticəsində çiçəklənən Azərbaycan iqtisadiyyatı 2005-2007-ci illər arasında ümumi daxili məhsul artımını 25 faizdən 30 faizə qaldıraraq rekord həddə çatdırıb. O zamandan bəri iqtisadi bum sabitləşsə də əsas infrastrukturun inkişafı güclü addımlarla irəliləyir. Azərbaycanın ümumi daxili məhsulunda 2012-ci ilin 64 milyard dollar göstəricisi Qafqaz iqtisadiyyatının 70 faizini təşkil edir.

TEAS Business Forum Paris 2013 partner logos

 

Main image: courtesy of Big Photo.

Növbəti səhifələr