TEAS Almaniya Azərbaycanın iqtisadi potensialı və ölkədə mövcud olan imkanları qeyd etməklə dünya ictimaiyyətini məlumatlandırmaq; Dağlıq Qarabağ münaqişəsi barədə məlumatları artırmaq; və Almaniyadakı Azərbaycan diasporasını istiqamətləndirmək məqsədilə yaradılmışdır. TEAS mədəniyyət, iqtisadiyyat və siyasi səviyyələrdə Azərbaycan və Almaniya arasında əməkdaşlığı irəlilətməyə çalışır. TEAS (Almaniya) Almaniyada mövcud olan müxtəlif Azərbaycan təşkilatları, eləcə də Alman siyasi partiyaları ilə sıx əməkdaşlıq edir.

Avropa Azərbaycan Cəmiyyəti (Almaniya)
Bellevuestr. 1
D-10785 Berlin
Germany

Tel:  +49 (0)30 26 39 93 74
Faks: +49 (0)30 26 39 93 76

Ətraflı məlumat almaq üçün, zəhmət olmasa, əlaqə saxlayın:

germany@teas.eu


Üzvlük


AAC Almaniya üzvlüyü:

KAD

Co-ordination Centre for Azerbaijanis in Germany (KAD) logo

AAC Almaniyadakı azərbaycanlılar üçün Əlaqələndirmə Mərkəzini (KAD) dəstəkləmək və onunla əməkdaşlıq etməkdən çox məmnundur. KAD-ın əsas məqsədi Almaniyada yaşayan və işləyən azərbaycanlıları birləşdirmək və Azərbaycan-Almaniya əlaqələrini möhkəmləndirməkdir. O eyni zamanda azərbaycanlı icmalarının təşkilatını birləşdirmək və icmaların regional, milli və beynəlxalq müəssisələrini dəstəkləməyə çalışır. Bundan əlavə, onun niyyəti mədəni mübadilə, Alman-Azərbaycan dialoqlarının dəstəklənməsi ilə Azərbaycan mədəniyyətini Almaniyada tanıtmaqdır.

www.kad-online.org


Digər Təşkilatlar


DAF

German-Azerbaijani Forum (DAF) logo

AAC-nin baş ofisi Berlində yerləşən Alman-Azərbaycan Forumu (DAF) ilə əməkdaşlıq etməkdən qürur duyur. Bu təşkilat siyasət, iqtisadiyyat, mədəniyyət və elm sahələrindən olan şəxslərə Azərbaycan və Almaniya arasında qarşılıqlı anlaşmaların irəlilədilməsi kimi ümumi məqsəd uğrunda ünsiyyət qurmaq imkanı verir. Məqsəd ölkələr arasında ikitərəfli möhkəm əlaqələrin qurulmasıdır.

DAF konfranslar, seminarlar, simpoziumlar, işçi qrupları və əməkdaşlıq vasitəsilə Almaniya və Azərbaycan hökuməti və QHT-ları arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirərək on minlərlə tədbirlər təşkil edir. Xüsusilə, DAF iqtisadi, siyasi, mədəni və elmi mübadilələr təşkil edərək almanlar və azərbaycanlılar arasında görüşlər keçirir.

www.da-forum.net

Növbəti səhifələr