AAC-TV

 

TEAS TV: “Evə aparan beş yol” Londona gedir

Son üç il ərzində dünya turuna çıxmış “Evə aparan beş yol” (Five Roads Back Home) adlı görkəmli sərgi noyabrın 24-də nəhayət ki, Londona gedib. Bu sərgidə məşhur alman fotoqrafı Filip Ratmerin işləri sərgilənir.

Londonda, Brikk Leyndə – artıq 20 ildən çoxdur ki, aparıcı incəsənət məkanı olan, Orta Viktorian erasına aid Old Truman Brewery ərazisində keçirilən sərgidə nümayiş etdirilmiş şəkillərdə təqribən 1 milyona yaxın azərbaycanlı məcburi köçkünlərin bəziləri göstərilib. Onlar Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmaqda davam edirlər. Bu videoda Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri cənab Tahir Tağızadənin, TEAS-ın İngiltərə ofisinin rəhbəri Cek Peqoraronun və Filip Ratmerin fikirləri təqdim olunur.

London Live TV: Filip Ratmerin “Evə gedən beş yol” barədə fikirləri

London Live televiziyası Old Truman Brewery-də təşkil edilmiş “Evə gedən beş yol” sərgisini işıqlandırıb. Məşhur fotoqraf Filip Ratmer layihənin konsepti və mənasından bəhs edir, onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarının görüntülərinin fərdiləşdirilməsinə xidmət etdiyini izah edir.

TRT-də reportaj: Qaçqın böhranının unudulmuş üzü

TRT Dünya (beynəlxalq türk televiziyası) telekanalında Belle Luptonun təqdimatı ilə Londonun Old Truman Brewery adlı məkanında TEAS tərəfindən təşkil edilmiş fotoqraf Filip Ratmerin “Evə gedən beş yol” adlı sərgisindən reportaj işıqlandırılıb.

https://www.youtube.com/watch?v=xky0g-QuBWo&list=PLUW304lJeu3WMn5KATgWNat3b1-aG4M2U&index=1

Video: Sülh və İdman Forumu, 23-25 Noyabr 2016, Monako

TEAS Ülyahəzrət Monako şahzadəsi II Albertin himayəsi altında 23-25 noyabr tarixlərində keçirilmiş “IX Beynəlxalq Sülh və İdman Forumu” zamanı azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətinə və ölkəmizin bu sahədəki iş təcrübəsinə diqqət çəkmişdir. Bu videoya Sülh və İdman Təşkilatının prezidenti və təsisçisi Joël Bouzou, Sülh və İdman Təşkilatının baş katibi Georges Vanderchmitt və TEAS-ın direktoru Lionel Zetterin şərhləri daxil edilib.

TEAS-ın istehsal etdiyi “Caz və Azərbaycan” filmi

Azərbaycan cazının tarixi 90 il bundan əvvələ, musiqinin lentə alınmasının demək olar ki, lap başlanğıcına gedib çatır. Bu filmdə TEAS-ın mədəniyyət məsələləri üzrə məsləhətçisi skripkaçı Sabina Rakçeyeva, TEAS Fransa nümayəndəliyinin direktoru Marie-Laetitia Gourdin və fransız bəstəkarı Pyer Tiloy qərb idiomasının niyə bu qədər fenomenal uğur əldə etməsinin səbəbləri, caz-muğam və etno-cazın əsasları və TEAS-ın Azərbaycan cazının gənc nümayəndələrini necə dəstəklədiyindən bəhs edir.

Avropa Azərbaycan Cəmiyyətinin Benelüksdəki nümayəndəliyinin açılışı

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Avropa İttifaqının (Aİ) mərkəzi olan Brüsselin diplomatik məhəlləsində yeni ofisinin açılış mərasimi olub. Cəmiyyətin Brüssel ofisinin adı dəyişdirilərək TEAS Benelüks ofisinə çevrilib.

Bu videoda tədbir iştirakçıları, o cümlədən Belçikanın Baş nazirinin müavini, eyni zamanda Xarici işlər naziri Didier Reynders, Belçikanın keçmiş İqtisadiyyat naziri, hal-hazırda TEAS Benelüks ofisinin direktoru Mark Vervilgen, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim və TEAS-ın təsisçisi və sədri Tale Heydərovun bu inkişafın əsaslarına dair rəyləri öz əksini tapır. Skripkaçı Səbinə Rakçeyeva isə həzin melodiyalarla hər kəsi feyziyab edir.

Video: Xocalı anım mərasimi (İstanbul)

Xocalı qırğınının qurbanları fevralın 25-də İstanbuldakı Sakip Sabanci Muzeyinin “The Seed” mərkəzində anılıb.

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilmiş tədbir zamanı “Xocalı şahidləri: həqiqətin göz yaşları” sənədli filminin premyerası keçirilib. Bu filmə faciənin canlı şahidləri ilə müsahibələr daxildir. Film kamera qarşısında ifadə verən Zahid Cabbarovun iştirakı ilə çəkilib.

Filmin nümayişindən sonra artıq 13 ildir İstanbulda yaşayan azərbaycanlı pianoçu, maestro İslam Manafovun konserti keçirilib. Manafovun oğlu və qızı da istedadlı pianoçulardır. Tədbir zamanı İslam Manafovun oğlu Abuzər klassik musiqi parçası ifa edib. Qızı Turan isə özü bəstələdiyi bəzi düşündürücü kompozisiyaları, həmçinin “Laçın” xalq mahnısını emosional interpretasiyada təqdim edib. Laçın Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonudur.

Video: Xocalı qurbanları və azərbaycanlı məcburi köçkünlər Brüsseldə anıldı

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan 1 milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqınlar hər il iyunun 20-də qeyd olunan BMT Dünya Qaçqınlar Günündə anılıb. Tədbir Avropa Birliyinin (AB) diplomatik ictimaiyyətinin mərkəzi olan “Press Club Brussels Europe”da keçirilib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) əlamətdar nəşri olan “Xocalı – müharibə cinayətlərinin şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı da həmin tədbirdə təqdim edilib. Tədbirdə iştirak edən Azərbaycanın NATO-dakı missiyasının rəhbəri, səfir Xəzər İbrahim, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri və Azərbaycanın AB-dəki nümayəndə heyətinin rəhbəri cənab Fuad İsgəndərov və kitabın redaktorlarından biri olan İan Pert çıxış ediblər. 

Berlində Xocalı mövzusunda debat keçirilib

Xocalı faciəsi mövzusunda debat fevralın 26-da Berlində Humbolt universitetində baş tutub. Tədbir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qəddar vəhşiliyi kimi tanınan Xocalı faciəsinin 24-cü ildönümünü yad etmək məqsədilə keçirilib. Tədbirin təşkilati dəstəyi “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kompaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti tərəfindən göstərilib.

Tədbirdə çıxış edənlər: AAC-ın Almaniyadakı nümayəndəliyinin direktoru Şahin Namati-Nasab, Azərbaycanın Almaniyadakı səlahiyyətli səfiri cənab Pərviz Şahbazov, millət vəkili Florian Han və Moskva Universitetinin professoru İohan Rau.

Xocalı faciəsi Brusseldə yad edilib

2016-cı il fevralın 24-də Brüsseldə “Palais des Beaux-Arts” adlı sarayda Sonsuz dəhliz sənədli filmi nümayiş etdirilib. ABŞ-Litva birgə əməkdaşlığı ilə çəkilmiş müstəqil sənədli film çoxlu mükafatlara layiq görülüb. Filmin nümayişinin ardınca Azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın ifası iştirakçıları dərin xəyallara qərq etdi. Bu videoda tədbirdən bəzi məqamlar, o cümlədən Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfiri cənab Fuad İsgəndərov, AAC-ın Benelüksdakı nümayəndəliyinin direktoru Mark Vervilgen və Litvalı jurnalist və Xocalı faciəsinin şahidi Riçard Lapaitisin müsahibələri işıqlandırılıb. 

Səhifələr

Növbəti səhifələr