ŞərtvəMüddəalar

Biz internet saytımıza daxil olan və ya oradan hər hansı məhsul alan zaman sizə yüksək səviyyəli xidmət göstərməyə çalışırıq. Burada verilmiş şərt və müddəalar sizin AAC internet saytından istifadənizə tətbiq edilir.

Teas.eu internet saytından istifadə etməklə siz bu Şərt və Müddəalarla razılaşmış olursunuz, lakin bu sizin əsas hüquqlarınıza təsir etmir.

Biz bu Şərt və Müddəaları yeniləyə bilərik. İnternet saytından istifadə etməzdən öncə onları oxumağınızı məsləhət görərdik.

Teas.eu saytındakı məlumat müəllif hüquqları, ticarət nişanları, verilənlər bazası və digər mülkiyyət hüquqları ilə mühafizə olunur. Biz sizə hər hansı müəllif hüquqları və ya mülkiyyət qeydlərinə zərər vermədən internet səhifəmizə kompyuterinizdən daxil olmaq, fərdi, qeyri-ticari məqsədlərlə istifadə üçün internet saytın mətnlərini çap etmək icazəsi veririk. Siz adı gedən mətnləri şəbəkənizə qoşulmuş hər hansı cihaz və ya serverin yaddaşında saxlaya; Teas.eu internet saytındakı hər hansı material və ya mətni sayt sahiblərinin əvvəlcədən yazılı icazəsi olmadan təkrar dərc edə, dəyişə, sürətini çıxara, paylaya və ya ticarət məqsədləri ilə istifadə edə bilməzsiniz.

Bu Şərt və Müddəaların AAC-nin hər hansı ticarət nişanları üçün istifadə məqsədilə sizə heç bir lisenziya verilmir.

Teas.eu internet saytının məqsədi sizi yüksək keyfiyyətli xidmətlə təmin etməkdir. Lakin biz vəd edə bilmərik ki, bu sayt sizin bütün tələb və gözləntilərinizi qarşılayacaq. Biz sizi xətasız xidmətlə təmin etməyə çalışırıq, lakin bunun üçün heç bir zəmanət verə bilmərik. Əgər xidmətlə bağlı hər hansı xəta baş verərsə, bu barədə AAC-nin Xidmətlə Departamentinə xəbər vermək sizin məsuliyyətinizdədir, biz isə mümkün qədər qısa müddətdə bu xətanı aradan qaldırmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Sizin Teas.eu internet saytından istifadə imkanınız yeniliklər, dəyişikliklər etmək və ya yeni xidmətləri həyata keçirmək üçün məhdudlaşdırıla bilər. Əgər bu hal baş verərsə, biz mümkün olduğu qədər qısa müddətdə xidmətləri bərpa edəcəyik.

Teas.eu internet saytı sizə hər hansı zəmanət və ya təminat olmadan təqdim edilir. Müştəri internetdən istifadə ilə bağlı risklər üzrə məsuliyyət barədə məlumatlandırılmalıdır.
Teas.eu aşağıdakılarla bağlı bütün öhdəlikləri inkar edir:
 

  • Saytın sizin hər hansı sərt diskiniz, proqram təminatınız və ya internet keçidlərinizlə uyğunlaşmaması
  • Texniki problemlər, o cümlədən xəta və ya sayta müdaxilələr
     

Siz razılaşırsınız ki, biz Teas.eu saytı ilə bağlı siz və ya hər hansı üçüncü şəxsdə yaranan dolayı və ya təsadüfi xəta (o cümlədən, lakin bunlarla məhdudlaşmadan: gəlir itkisi, mənfəət itkisi, müvafiq ehtiyatların itirilməsi, sərf, fərdiliyin itirilməsi və ya məlumatın itirilməsi) və ya birbaşa, dolayı və ya cəzalandırıcı ziyan üçün heç bir öhdəlik daşımırıq.

Bu Şərt və Müddəalar İngiltərə qanunlarına əsasən idarə və şərh edilməlidir və bütün mübahisələr yalnız İngiltərə məhkəmələrində müzakirə ediləcəkdir. Siz bu Şərt və Müddəalara əsasən öz hüquqlarınızı kimsəyə həvalə edə, alt-lisenziya verə və ya ötürə bilməzsiniz.

Əgər bu Şərt və Müddəaların hər hansı təminatı müvafiq məhkəmə tərəfindən yalnış hesab edilərsə, bu təminatın yalnışlığı bu Şərt və Müddəaların digər təminatlarının düzgünlüyünə təsir etməyəcək və onlar tam və təsirli hesab ediləcək.

Avropa Azərbaycanmiyyəti Şərt və Müddəaların öz nəzarətindən kənar hadisələr nəticəsində pozulması üçün heç bir məsuliyyət daşımamalıdır. Bu Şərt və Müddəaların bir hissəsi olmayan şəxs Müqavilə Aktı 1999 (Üçüncü Tərəflərin Hüquqları) üzrə heç bir hüquqa malik olmayacaq və bu Aktla bağlı olmayan üçüncü şəxsin hüquqlarına təsir göstərməyəcək.

Teas.eu AAC tərəfindən sahiblənən və çalışdırılan internet saytıdır və 15 Queen Anne's Gate, London, SW1H 9BU ünvanında yerləşmiş və İngiltərə və Uelsdə qeydiyyatdan keçmişdir.

Əski qeyd olunmayanadək, bütün qeyd olunan qiymətlərə ƏDV daxil edilir. Qiymətlərə xidmət xərcləri də daxil edilmişdir.

Müştəri Xidmətləri

Əgər siz növbəyə yazılmısınızsa, zəhmət olmasa, editor@teas.eu email ünvanına yazın.

Bu şərt və müddəalar İnternet Saytı müqavilələri və qanunları əsasında tərtib edilmişdir.

Növbəti səhifələr