Why Azerbaijan?

Dünya Səyahət və Turizm Şurası 2016-cı ildə turizmdən əldə olunan gəlirlərə dair açıqladığı hesabatına əsasən Azərbaycanı dörd ən qaynar turizm məkanlarından biri adlandırmışdır.

Bu yaxınlarda Azərbaycan hökuməti turizmi əsasən karbohidratlar əsasında qurulmuş ölkə iqtisadiyyatını diversifikasiya etmək istəyinin bir hissəsi olaraq prioritetləşdirmişdir. Ölkə infrastruktura yeni sərmayələr yatırmış və qonaqlara yalnız üç addımla onlayn viza almaq imkanı yaradaraq viza sisteminin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmışdır (https://evisa.gov.az).

 

Azərbaycanın güclü tərəfləri

Avropa və Şərqin təsirlərini özündə birləşdirən və qədim Böyük İpək Yolunun əsas hissəsi olan Azərbaycan özündə bir çox mədəni təsirləri ehtiva edir və 2000-dən çox ildən bəri zərdüştiliyə qədər uzanan tarixi var. UNESCO-nun Dünya İrsi siyahısına daxil olan iki sahəyə malik Azərbaycanın şəhərlərində qədim və müasir memarlıq nümunələri ahəngdar şəkildə qarışır. Məsələn, Xəzər dənizi sahilində yerləşən paytaxt Bakı və ya dağların yaşıl qoynunda yerləşən, mətbəxi və sənətkarlıq ənənələri ilə tanınan Qəbələ, Şəki, Quba və ya Gəncə kimi şəhərlər. İncəsənət və tarixsevərlər Bakı yaxınlığında yerləşən Qobustanda petroqliflər (qayaüstü rəsmlər) kimi yerli xəzinələri aşkar edə biləcəklər. Qış idmanı həvəskarları isə Qafqaz dağları arasında yerləşən və Azərbaycanın qış idman növləri paytaxtı olan Qəbələyə səfərlərdən zövq alacaqlar. Eyni zamanda çimərlik sevənlər Xəzər dənizi, lüks SPA kurortları və ya Naftalanda müalicəvi palçıq vannalarından zövq almaq üçün yaz-yay mövsümlərindən faydalana bilərlər.

 

Qafqazın incisi – Bakı

Azərbaycanın paytaxtı Bakı ölkənin mədəni, iqtisadi və incəsənət mərkəzidir. Şəhərin qəlbi tarixi orta əsrlərə qədər uzanan İçərişəhərdir. Bu qədim şəhər “Alov qüllələri”, əfsanəvi Zaha Hadid tərəfindən dizayn edilmiş möhtəşəm Heydər Əliyev Mərkəzi və Xəzər dənizi boyunca geniş gəzinti sahəsi kimi unikal ultra-müasir arxitektura arasında yerləşir. Paytaxtda olan çoxsaylı muzeylər şəhər mərkəzindən yaxın məsafədə və rahat yerlərdə yerləşir. Geniş prospektlərdə isə çoxsaylı mağazalar, yüksək keyfiyyətli Azərbaycan və Qərb məhsulları və mətbəxi təqdim edən bar və restoranlar yerləşir.

İçərişəhərdə Bakının bir sıra əsas tarixi yerləri, məsələn, hər ikisi XI əsrə aid olan Qız qalası və Şirvanşahlar sarayı, həmçinin karvansara, çoxsaylı hamam və məsçidlər var. Turistlər üçün maraq kəsb edən digər yerlər arasında bir çox gözəl petroqliflərin və dünyada ən çox palçıq vulkanlarının cəmləşdiyi yer olan Qobustan Milli Parkı, Atəşgah (zərdüştilərin atəş məbədi), Qala arxeoloji-etnoqrafik muzeyi, Yanardağ və müqəddəs yer olan Beşbarmaq dağıdır.

 

Yüksələn regionlar

Azərbaycanın şimal və şimal-qərb bölgələri Xəzər dənizindən Böyük Qafqaz dağlar silsiləsinə qədər uzanır, yalnız bolluq və sükunətin hökm sürdüyü çoban obalarının kəsdiyi möhtəşəm landşaftları təqdim edirlər. Dağ yürüşü həvəskarları dağ zirvələrinə və təcrid edilmiş kəndlərə aparan dağılmamış yollardan, eyni zamanda qonaqları tipik paxlava ilə çay içməyə dəvət edən yerli əhalinin qonaqpərvərliyindən zövq alacaqlar.

Regionda həmçinin karvansara və Xan sarayı olan Şəki kimi cazibədar şəhərlər və kəndlər var. Şəki Xan sarayı Aleksandr Dümanın (“Üç muşketyor” əsərinin müəllifi) “Qafqaza səfər” əsərində qeyd edildiyi kimi, öz freskalarına və şəbəkəli pəncələrinə görə diqqətəlayiqdir. Şəki həmçinin ipək sənayesinin inkişafında tarixi roluna görə “Qafqazın Lionu” kimi tanınır. Eyni zamanda burada UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş misgərlik sənəti ilə Lahıc, Qafqaz Albaniyasının çoxəsrlik kilsələrinin yerləşdiyi Kiş və Nic kəndləri, dağ yəhudilərinin 3000 ildən artıq məskunlaşdığı Krasnaya Sloboda (Qırmızı qəsəbə) ilə Quba, Həzrə türbəsi, qədim şəhər qalıqları, Yeddi gözəl şəlaləsi ilə Qəbələ və dağ yürüşü həvəskarları üçün ideal olan yüksəklikdə yerləşən Xınalıq, Qrız Qalayxudat, Laza və Kuzun kəndləri var.

Azərbaycanda turistlər üçün imkanlar haqqında daha ətraflı məlumat üçün http://azerbaijan.travel səhifəsinə keçin.

 

VİZALAR

Azərbaycana viza www.evisa.gov.az səhifəsində yalnız üç addımla əldə oluna bilər. Viza üçün müraciət etməzdən əvvəl, xahiş edirik ki, e-viza üçün uyğun ölkələrin siyahısına baxın. Bir çox ölkələrin hazırda Azərbaycanla vizasız münasibətləri var.

Xahiş edirik ki, 10 gündən artıq müddətdə müvəqqəti olaraq Azərbaycanda qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dərhal qeydiyyatdan keçməli olduqlarını nəzərə alasınız. Əlavə məlumat üçün www.migration.gov.az səhifəsinə keçin.

Vacib qeyd

Xarici vətəndaşlara ciddi şəkildə tövsiyə olunur ki, qeyri-qanuni erməni işğalı altında olan Dağlıq Qarabağa və 7 ətraf rayona səfər etməsinlər. Yenə də Dağlıq Qarabağa səfər etmək istəyən şəxslər rəsmi icazə almaq üçün ilk növbədə Azərbaycan hökumətinin rəhbərliyi ilə əlaqə saxlamalıdır. Dağlıq Qarabağa edilən icazəsiz səfər işğala dəstək kimi qiymətləndiriləcək və Azərbaycan ərazisinə daxil olmağa daimi qadağa ilə nəticələnəcək.

 

ORA NECƏ ÇATMAQ OLAR?

Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı (GYD) rahat səfərlər təşkil edən 20 aviaşirkəti qəbul etməklə Azərbaycana xidmət göstərən 6 beynəlxalq hava limanlarından biridir.

Hava limanı Bakının mərkəzindən avtomobillə 20 dəqiqəlik məsafədə yerləşir və həm gələn, həm də gedən sərnişinlərə tam komfort təklif edir. Əlavə məlumat üçün www.airport.az səhifəsinə keçin.

Azərbaycan Hava Yolları (AZAL) 25 ölkədə 40 istiqamətə xidmət edən Azərbaycan milli daşıyıcısıdır və 23 təyyarədən ibarət olan dünyanın ən yeni limanlarından birinə sahibdir. Əlavə məlumat əldə etmək və ya bilet sifariş etmək üçün www.azal.az səhifəsinə keçin.

 

YERLƏŞMƏ

Bakı və digər şəhərlər dünyanın aparıcı hotel şəbəkələrindən beşulduzlu mehmanxanalardan kiçik, lakin cazibədar qonaq evlərinə qədər geniş çeşiddə yaşayış yerləri təklif edir.

Biz “Qafqaz” hotellərini tövsiyə edirik, burada Bakı şəhərinin mərkəzində və regionlarda münasib qiymətə müasir yaşayış təklif edilir. Əlavə məlumat əldə etmək və ya otaq sifariş etmək üçün  www.qafqazhotels.com səhifəsinə keçin.

 

ÖLKƏ DAXİLİNDƏ HƏRƏKƏT

Avtobuslar, minibuslar, metro və taksilər Azərbaycanda ən populyar nəqliyyat növləridir.

Siz Uber xidmətindən, asanlıqla tanıya biləcəyiniz (bənövşəyi) London taksilərindən və ya 189 taksi xidmətindən istifadə edə bilərsiniz. Bu taksilərdə gedişhaqqı taksometrlə hesablanır, beləliklə, normadan artıq ödəniş etmək riski aradan qalxır.

 

SƏYAHƏT TƏRƏFDAŞLARI

Biz aşağıda göstərilən səyahət agentlikləri və tur operatorlarını tövsiyə edirik:

 

SKY STAR TRAVEL

“Sky Star Travel” biznes və istirahət məqsədli səyahət üçün xüsusi olan bir sıra xidmətlər təklif edir. Bura daxil olan və MICE xidmətləri, Azərbaycanda və bütün dünyada “Visa” və E-dəstək, hotel rezervasiyaları, aviabiletlər, bayram paketləri, idarə olunan turlar, transferlər və avtomobil kirayəsi xidmətləri daxildir.

www.skystar.az

 

  

SILK WAY TRAVEL

“Silk Way Travel” “Azərbaycan Hava Yolları”nın (AZAL) eksklüziv agentidir. Bu şirkətin Paris, Nyu-York, Moskva, Təl-Əviv, Seul və digər şəhərlərdəki beynəlxalq ofisləri var. Göstərilən xidmətlərə bilet rezervasiyası və satışı, hotel rezervasiyaları, avtomobil icarəsi, viza və dəvətnamə xidmətləri, istirahət turları daxildir.

www.swtravel.az

 

 

NOMADE AVENTURE

Turistlərin getdiyi adi yollardan kənar turlar axtarırsınızsa, “Nomade Aventure” doğru seçimdir. Bura adi turist marşrutlarından kənarda keçən yollar, evlərdə yaşayış, kiçik qruplar, ailələr və ya fərdlər üçün macəralar, piyada və ya yerli nəqliyyat vasitələri ilə marşrutların keçilməsi, “təbiət”, “mədəniyyət” və ya “görüşlər” kimi meyarlar üzrə təşkil olunmuş səfərlər daxildir.

www.nomade-aventure.com/pays/voyage/azerbaidjan

 

 

PUBLIC HOLIDAYS

1 yanvar Yeni il
20 yanvar Qara Yanvar – matəm günü
26 fevral Xocalı soyqırımının anım günü
8 mart Beynəlxalq Qadınlar günü
20-24 mart Novruz bayramı
9 may Qələbə günü
28 may Respublika günü
15 iyun Milli Qurtuluş günü 
26 iyun Silahlı Qüvvələr günü
26-27 iyun Ramazan bayramı (hər il fərqli tarixlərdə olur)
1-3 sentyabr Qurban bayramı (hər il fərqli tarixlərdə olur) 
18 oktyabr Milli Müstəqillik günü
9 noyabr Dövlət Bayrağı günü 
12 noyabr Konstitusiya günü
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü

Növbəti səhifələr