AAC Tədbirləri

AAC il ərzində bir sıra tədbirlərə sponsorluq və ev sahibliyi edir. Bizim tədbirlərimizin yönləndirildiyi əsas sahələr mədəniyyət, biznes və ictimai əlaqələrdir və bu tədbirlər Azərbaycanı dünya səviyyəsində tanıtmaq üçün təşkil edilir.

Geniş tədbir təqvimimiz (AAC Biznes Forumu), AAC Mühazirə Seriyaları, klassik muğam və (muğam) konsertləri, incəsənət və foto sərgilər və ictimai əlaqələrlə bağlı tədbirlərdən, o cümlədən il ərzində keçirilən bir sıra xüsusi mövzulu tədbirləri ehtiva edir.

AAC-nin təşkil etdiyi tədbirlər AAC üzvləri və Azərbaycanla maraqlanan ictimaiyyət nümayəndələrinə görüşmək və ölkə və onun mədəniyyəti barədə məlumat almaq imkanı verir.

Əvvəlki tədbirlərimiz barədə ətraflı məlumatla Ötən Tədbirlər bölməsində tanış olmaq olar.

Əgər siz bizim təşkil etdiyimiz tədbirlərə qatılmaq və ya müxtəlif sponsorluq imkanları ilə maraqlanmaq istərsəniz, zəhmət olmasa, bizim xüsusi qrupumuzla əlaqə saxlayın:

AAC Tədbirləri: events@teas.eu


23 may

Level 6, Foyles, 107 Charing Cross Road, London, WC2H 0DT

19-00. RSVP via EventBrite at http://bit.ly/teaspoetry

Avropa Azərbaycan Cəmiyyəti sizi piano və udda canlı Azərbaycan musiqisinin sədaları altında tanınmış Azərbaycan şairəsi Nigar Həsənzadənin aparıcılığı ilə keçiriləcək Azərbaycan-Böyük Britaniya poeziya gecəsinə dəvət edir. Gecədə Mikayıl Müşfiq, Əhməd Cavad, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəyli və Şəhriyar kimi məşhur klassik və çağdaş söz ustalarının əsərlərinin tərcümələri səsləndiriləcək.

Həmin gecə ingilis və dünya ədəbiyyatsevərləri Azərbaycan poeziyasının misilsiz ifadə tərzi və inciləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Britaniya poeziya kontingentinə məşhur yazıçı, şair, dramaturq və tərcüməçi Elaine Feinstein, yazıçı, şair, tənqidçi və aparıcı Ruth Padel, yazıçı, şair, “PoetryFest” festivalı və “Orient Express” jurnalının təsisçisi, “The Poetry Review” jurnalının keçmiş redaktoru və “Poem” jurnalının redaktoru Fiona Sampson, yazıçı, şair və ssenarist David Harsent daxil olacaq.

Gecədə həmçinin Nigar Həsənzadənin şeirlərinin Elaine Feinstein tərəfindən edilmiş tərcümələri də səsləndiriləcək.

Tədbir iştirakçılarına yüngül içkilər və sərinləşdirici şirələr təqdim ediləcək.

Növbəti səhifələr