Azərbaycana xoş gəldiniz

Odlar Yurdu Azərbaycan heyrətamiz tarix və unikal mədəni irsə malik bir ölkədir. Tarixən Azərbaycan Sovet İttifaqı və Fars İmperiyasının ərazisinə daxil olmuşdur. 1991-ci ildə Sovet İttifaqından ayrılan Azərbaycan tədricən zəngin mədəniyyətə malik Qərb yönümlü, müstəqil və dünyəvi dövləti çevrilmişdir.

View of flag square Baku from Maiden Tower

Bayraq meydanının Qız Qalasından görünüşü, Bakı, Azərbaycan

Azərbaycanın ümumi sahəsi təqribən Avstriya ilə eyni olub 86,600m2  ərazini əhatə edir. Azərbaycanın iqlimi, coğrafi quruluşu və topoqrafiyası mədəni irsi qədər müxtəlifdir, belə ki, məlum olan 13 iqlim qurşağından doqquzu bu ölkənin ərazisində mövcuddur. Azərbaycanın qarlı dağları (Böyük Qafqaz dağları silsiləsi ölkənin şimal hissəsindən keçir), hamar bataqlıq sahələri, səhraya bənzər düzənlikləri, palçıq vulkanları (palçıq vulkanlarının sayına gore ölkə dünyada birincidir), meşələri, təbii sərvətləri (Azərbaycan ərazisinin 2.5 faizində 16 qoruq yerləşir) və sahilləri vardır.

Azərbaycan harada yerləşir?

Azərbaycan üç Cənubi Qafqaz ölkəsindən (Azərbaycan, Gürcüstan və Ermənistan) ən böyüyü olub şimaldan Rusiya, şimali-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənubi-qərbdən Türkiyə, cənubdan İran və şərqdən Xəzər dənizi ilə həmsərhəddir.

a map of Europe with Azerbaijan highlighted in green

Azərbaycan

Ölkə Avropa və Asiyanın kəsişməsində yerləşərək, qərb və şərq arasında körpü rolunu oynayır. Azərbaycan İpək Yolunun (adı Çindən yol üzərində yerləşən ölkələrin tacirləri arasında mübadilə üçün daşınan ipəklə bağlı olub qərbi şərqlə bağlayan 4000 mil uzunluğunda böyük yol) bir hissəsi və hazırda Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) layihəsinin iştirakçısı kimi mühüm rol oynayır.

Azərbaycanın danışıq dili hansıdır?

Azərbaycan (və ya azəri) dili ölkənin rəsmi dilidir. Eyni zamanda Azərbaycan ərazisində rus dili də geniş yayılmışdır. Paytaxt Bakıda gənc yaşlı nəsil ingilis, fransiz və alman kimi digər Avropa dillərini də yaxşı bilir.

Azərbaycanda hansı valyuta istifadə edilir?

Azərbaycan Yeni Manatı ölkənin rəsmi valyutasıdır. 100 qəpik bir manata bərabərdir.

Sikkələr: 1, 3, 5, 10, 20, 50 (Qəpik)
Banknotlar: 1, 5, 10, 20, 50, 100 (Manat)

Valyuta kodu: AZN
Valyuta simvolu: MaH

Azərbaycan nə səbəbdən Odlar Yurdu adlanır?

suraxani yanardag (flaming mountain) Azerbaijan

Suraxanı Yanardağ Məbədi – Azərbaycan torpaqlarında təbii qazın yanma fenomeni

Azərbaycanın Odlar Yurdu adlandırılmasının səbəbləri ilə bağlı bir neçə nəzəriyyə vardır, əsas səbəb isə tam məlum deyil. Nəzəriyyələrin bəziləri ilə sizi tanış edirik:

1) İlk fərziyyələrdən biri fars köklü “Aturpatakan” (“müqəddəs atəşin saxlandığı yer” mənasını verir) sözünün ölkəni təsvir etmək üçün istifadə edilməsidir.
2) Abşeron yarımadasında neft çıxarılması e.ə. 7-6-cı əsrlərə təsadüf edir ki, bu da regionun dünyanın ən qədim neft hasilatı zonası olmasını sübut edir. Abşeron yarımadasının neft sənayesi antik və orta əsr tarixçiləri tərəfindən qeyd edilmişdir. Romalı tarixçi Ammianus Marcellinus (eramızın 4-cü əsri) Tarix əsərində “Midiya Nefti”nin (yerli dildə “Nafta”) qədim Azərbaycanda istifadə edildiyini qeyd etmişdir.
3) Azərbaycanda Cənubi Qafqazın bir sıra bölgələrində olduğu kimi qazın alovlanaraq yerin səthinə çıxması yanar dağ effekti yaradır. Zərdüştpərəstlik dini (keçmişdə dünyanın ən geniş yayılmış dinlərindən biri) və oda sitayışin qədim formaları Azərbaycanda geniş yayılmışdı və bu, ölkə ərazisində tapılan abidələrdən və odun müqəddəsliyini təbliğ edən fikir axınlarından görülə bilər.
4) Yunan mifologiyasına görə Prometey odu allahlardan oğurlayıb bəşəriyyətə verdiyi üçün cəzalanaraq Zevsin əmri ilə Qafqaz dağlarına zəncirlənmişdir.

Azərbaycan barədə daha ətraflı məlumatla AAC-nin təşkilatçılığı ilə tərtib edilən  “Azərbaycan : 100 Sual və Cavab” kitabından tanış ola bilərsiniz: www.amazon.co.uk.

Növbəti səhifələr